Ana səhifə / ŞÜİOR / Lokal şəbəkə topologiyalarının növləri

Lokal şəbəkə topologiyalarının növləri

Paylaşmaq!

Lokal şəbəkə topologiyalarının növləri bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar, Şəbəkə və şəbəkə resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Lokal şəbəkə topologiyalarının növləri 

«Topologiya» termini və ya «Şəbəkə topologiyası» kompüterlərin, kabellərin və şəbəkənin başqa komponentlərinin fiziki yerləşməsi xarakterizə edir. Şəbəkə topologiyalarının əsas növləri bunlardır: şin topologiya, ulduz topologiyahalqa topologiya. Bu elektron dərsimdə topologiyaların müxtəlif tiplərinin iş prinsipini izah edəcəm. Həmçinin onların üstünlüklərindən və çatışmazlıqlarından danışacağam.

Onların işini, üstünlükləri və çatışmazlıqları prinsipini aşkar etmək, həmçinin topologiyanın seçimini etmək üçün gəlin ətraflı aşağıda təqdim edilmiş topologiyalardan hər birinə baxaq.

Şin topologiyası

Bu topologiyada bütün kompüterlər bir kabelə qoşulur və onun sonlarında terminator avadanlığı quraşdırılır. Bu şəbəkədə kompüterlər məlumatı elektrik siqnalları şəklində kabel üzrə ötürərək konkret kompüterə ünvanlayır. Belə ki, elektrik siqnalları şəklində məlumatlar şəbəkənin bütün kompüterlərinə ötürülür. Şifrələnmiş siqnalları o kompüter ünvanı qəbul edir ki, həmin ünvan siqnalı qəbul edən kompüterin ünvanı ilə düz gəlsin. Həm də hər zaman anına yalnız bir kompüter ötürülməni apara bilər. Çünki şəbəkəyə məlumatlar yalnız bir kompüterlə ötürülür. Onun məhsuldarlığı isə şinə qoşulmuş kompüterlərin sayından asılıdır.Lokal şəbəkə topologiyalarının növləriVerilənlər və  elektrik siqnalları bir kabeldən digər kabelin sonunadək bütün şəbəkə üzrə yayılırlar. Əgər heç bir xüsusi müdaxilə etmədikdə siqnal, kabelin sonuna çatır, əks təsir edərək digər kompüterlərə informasiyanın  ötürülməni həyata keçirilməsinə icazə vermir. Buna görə də məlumatlar ünvanına çatdıqdan sonra elektrik siqnallarını söndürmək lazımdır. Siqnalların avtomatik söndürülməsi üçün terminator avadanlığından istifadə olunur.

Şin topologiyasının çatışmayan cəhəti sürətin və etibarlılığın aşağı olmasıdır. Digər çatışmayan cəhəti isə ümumi şinin istənilən nöqtəsinin qırılması vaxtı bütün şəbəkənin işləmək qabiliyyəti pozulmasıdır.

Beləliklə biz Lokal şəbəkə topologiyalarının növləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий