Ana səhifə / ŞÜİOR / Kompüter şəbəkələrinin faydalı cəhətləri

Kompüter şəbəkələrinin faydalı cəhətləri

Paylaşmaq!

Kompüter şəbəkələrinin faydalı cəhətləri bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar, Şəbəkə və şəbəkə resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüter şəbəkələrinin faydalı cəhətləri

Kompüter şəbəkələrinin faydalı cəhətləri

Kompüter şəbəkələrinin hansı faydalı cəhətləri vardır?

İnformasiyanın bölüşdürülməsi. İstifadəçi şəbəkədə olan başqa kompüterlərə qoşula və həmin kompüterlərdəki verilənlərdən (resurslardan) birgə istifadə edə bilər. Bu resurslar xüsusi layihələr, verilənlər bazaları və s. ola bilər.

Avadanlıqların bölüşdürülməsi. Hər kompüter üçün ayrıca printer, skaner, yaxud tez-tez istifadə olunan periferiya qurğusu almağa gərək yoxdur. Əvəzində şəbəkəyə qoşulmuş bir qurğudan çoxlu sayda istifadəçi yararlana bilər.

Proqramların bölüşdürülməsi. Hər bir ayrıca kompüter üçün proqram təminatı alıb quraşdırmaq əvəzinə, həmin proqramı serverdə quraşdırmaq olar. Bundan sonra hər bir istifadəçi həmin proqrama bir mərkəzi yerdən girəcək. Bu üsul həm də təşkilatın pul vəsaitlərinə qənaət baxımından faydalıdır.

Əməkdaşlıq mühiti. Bir layihə üzərində istifadəçilərin qrup şəklində birgə işləməsi həm onların qüvvələrini, həm də avadanlıqların imkanlarını birləşdirməyi mümkün edir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, …