Ana səhifə / Ofis proqramları modulu / Sətir və sütunlar üzərində əməliyyatlar

Sətir və sütunlar üzərində əməliyyatlar

Paylaşmaq!

Sətir və sütunlar üzərində əməliyyatlar bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Sətir və sütunlar üzərində əməliyyatlar

Sətir və sütunlar üzərində əməliyyatlar

Excel cədvəlinə sütunun əlavə olunması üçün hansı üsullar mövcuddur?

  • Bunun üçün sütun qeyd olunur. Главная-Home lentinə daxil oluruq. Ячейки-Cells alətlər qrupundan Вставить-İnsert düyməsini sonra isə Вставить столбцы на лист-İnsert Sheet Columns sətri seçilir.

Sətir və sütunlar üzərində əməliyyatlar

  • Xana qeyd olunur. Siçanın sağ düyməsi onun üzərində vurulur. Açılan pəncərədə Столбец-Entire column sətri seçilir və OK sıxılır.

Sətir və sütunlar üzərində əməliyyatlar

Sətir və sütunlar üzərində əməliyyatlar

  • Sütun qeyd olunur. Siçanın sağ düyməsi onun üzərində vurulur. Açılan konteks menyuda Вставитьİnsert sətri seçilir.

Sətir və sütunlar üzərində əməliyyatlar

Excel cədvəlinə sətrin əlavə olunması üçün hansı üsullar mövcuddur?

  • Bunun üçün sətir qeyd olunur. Главная-Home lentinə daxil oluruq. Ячейки-Cells alətlər qrupundan Вставить-İnsert düyməsini sonra isə Вставить строки на лист-İnsert Sheet Rows sətri seçilir.

Sətir və sütunlar üzərində əməliyyatlar

  • Xana qeyd olunur. Siçanın sağ düyməsi onun üzərində vurulur. Açılan pəncərədə Cтроки-Entire row sətri seçilir və OK sıxılır.

Sətir və sütunlar üzərində əməliyyatlar

  • Sətir qeyd olunur. Siçanın sağ düyməsi onun üzərində vurulur. Açılan konteks menyuda –İnsert sətri seçilir.

 

Sətir və sütunlar üzərində əməliyyatlar

Excel cədvəlinə xananın əlavə olunması üçün hansı üsullar mövcuddur?

  • Bunun üçün xana qeyd olunur. Главная-Home lentinə daxil oluruq. Ячейки-Cells alətlər qrupundan Вставить-İnsert düyməsini sonra isə Вставить ячейки-İnsert Cells əmri vurulur. Açılan pəncərədə iki variant təklif olunur.

 Sətir və sütunlar üzərində əməliyyatlar

  • Shift cells rightячейки, со сдвигом вправо

Sətir və sütunlar üzərində əməliyyatlar

  • Shift cells down ячейки, со сдвигом вниз

Sətir və sütunlar üzərində əməliyyatlar

Beləliklə biz Sətir və sütunlar üzərində əməliyyatlar mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.