Ana səhifə / Ofis proqramları modulu / Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Paylaşmaq!

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Sənədə baxış rejimləri nə üçün nəzərdə tutulmuşdur?

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir. Bir baxış rejimindən digərinə keçmək üçün Word 2016 proqramı bir sıra üsullar təklif edir. İlk növbədə Görünüş (Вид) lenti üzərində olan düymələri araşdıraq.

Görünüş (Вид) lenti üzərində hansı rejimlər yerləşir?

Bunun üçün siçanın göstəricisini Görünüş (Вид) lenti üzərinə yaxınlaşdıraq və bir dəfə vuraq. Beləliklə açılmış lentin sol kənarına diqqət yetirək. Burada Режимы adlanan bir bölməni görürük. Göründüyü kimi Word 2016 proqramı sənədə baxmaq üçün beş rejim təklif edir. Bu rejimlərə həmçinin vəziyyət sətrində olan düymələrin köməyi ilə keçmək olar. Bu rejimlərin hər birini izah edək.

Режим чтения-Oxunuş rejimi nə üçün nəzərdə tutulmuşdur?

Birinci rejim Режим чтения-Oxunuş rejimi adlanır. Bu rejim Microsoft Office Word 2007 proqramından başlayaraq istifadəçiyə təklif olunur.Word 2016 proqramının Вид-Режимы alətlər qrupuBu rejim cari anda aktiv olan sənədi oxumaq üçün kitab formasında göstərir. Bu rejimdən çıxış üçün klaviaturadakı ESC düyməsi vurulur.

Разметка страницы-Səhifənin formatlaşdırılması rejimi nə üçün nəzərdə tutulmuşdur?

İkinci rejim Разметка страницы-Səhifənin formatlaşdırılması adlanır. Bu rejim mürəkkəb formatlaşdırma əməliyyatlarını yerinə yetirməyə imkan verir.Word 2016 proqramının Вид-Режимы alətlər qrupuQeyd etmək lazımdır ki, adətən sənədlər məhz bu rejimdə daxil olur. Bu rejimdə sənəd çap zamanı görünəcəyi formada olur.

Веб-документ-Vebin formatlaşdırılması rejimi nə üçün nəzərdə tutulmuşdur?

Üçüncü rejim Веб-документ-Vebin formatlaşdırılması adlanır. Bu rejim sənədin veb səhifəsində necə görünəcəyi haqqında ətraflı təsəvvür yaradır.Word 2016 proqramının Вид-Режимы alətlər qrupuƏgər biz sənədimizi veb səhifə üçün hazırlayırıqsa, onda bu rejimdən istifadə etmək məsləhətlidir.

Структура-Struktur rejimi nə üçün nəzərdə tutulmuşdur?

Bu rejimdə sənədin strukturu görsənir. Bu rejim ayrı-ayrı səviyyələrin başlıqlarını qeyd edərək sənədin təşkilini göstərir. Abzaslar qalın nöqtələr şəklində görünür. Onun üzərində siçanın göstəricisini bir dəfə vurmaqla verilmiş mətnin abzasını seçmiş oluruq.Word 2016 proqramının Вид-Режимы alətlər qrupuRejimdən çıxış üçün Закрыть режим структуры düyməsi vurulur. Nəticədə sənəd çap rejiminə qayıtmış olur. Mən bir daha Görünüş (Вид) lentinə müraciət edirəm.

Черновик-Qaralama rejimi nə üçün nəzərdə tutulmuşdur?

Beşinci rejim Черновик-Qaralama rejimi adlanır. Bu rejim Word 2003 proqramında Adi rejim sayılırdı. Word 2016 proqramında isə bu rejimin adı Черновик-Qaralama rejimidir. Bu rejim sənədin məzmununda fikri cəm etməyə imkan verir.Word 2016 proqramının Вид-Режимы alətlər qrupu Sənəddə sadə redaktə işlərinin aparılması üçündür. Həmçinin sənəd bu rejimdə görsənərsə, onda sənəddə bir sıra elementlər ( məsələn, yuxarı və aşağı səhifə başlıqları) görsənməyəcək.

Rejimlər haqqında onu qeyd etmək istəyirəm ki, hər bir rejimin özünə məxsus görünüş forması və xüsusiyyəti vardır. Sənədimiz hansı rejimdə yaddaşa verilirsə təkrar müraciət zamanı da həmin rejim də ekrana çağrılır. Beləliklə biz Görünüş (Вид) lenti üzərində olan sənədə baxış rejimləri ilə tanış olduq. Qeyd etmək istəyirəm ki, bu rejimlər düymə şəklində vəziyyət sətri üzərində də mövcuddur. Bir rejimdən digərinə keçmək üçün sadəcə müfaviq düymələrin üzərində bir dəfə vurmaq lazımdır.

Beləliklə biz Word 2016 proqramının Вид-Режимы alətlər qrupu mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Макет lenti

Нарисовать таблицу - Cədvəlin karandaşla çəkilməsi üçün nəzərdə tutulmuşdur.