Word 2016 dəyişikliklərin yadda saxlanılması bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 Word 2016 dəyişikliklərin yadda saxlanılması
- 1.1 Sənəddə edilmiş dəyişikliyi hansı qaydada yadda saxlamaq olar?
- 1.2 Sənəddə edilmiş dəyişikliyi klaviatura ilə yadda saxlamaq istədikdə nə etmək lazımdır?
- 1.3 Sənəddə edilmiş dəyişikliyi menyu ilə yadda saxlamaq üçün hansı əməliyyat icra olunmalıdır?
- 1.4 Cəld müraciət paneli vasitəsilə sənəddə edilmiş dəyişikliyi yadda saxlamaq üçün hansı əməliyyat icra olunmalıdır?
Word 2016 dəyişikliklərin yadda saxlanılması
Sənəddə edilmiş dəyişikliyi hansı qaydada yadda saxlamaq olar?
Bunun üçün müxtəlif üsullar mövcuddur.
- Klaviatura vasitəsilə
- Menyu vasitəsilə
- Cəld müraciət paneli vasitəsilə
Sənəddə edilmiş dəyişikliyi klaviatura ilə yadda saxlamaq istədikdə nə etmək lazımdır?
Sənəddə edilmiş dəyişikliyi klaviatura ilə yadda saxlamaq istədikdə klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə S hərfi vurulmalıdır.
Sənəddə edilmiş dəyişikliyi menyu ilə yadda saxlamaq üçün hansı əməliyyat icra olunmalıdır?
Fayl (Файл) menyusuna yaxınlaşdırın və onun üzərində bir dəfə vurun. Və açılan menyudan Sənədi yadda saxlamaq (Сохранить) düyməsini sıxın.
Cəld müraciət paneli vasitəsilə sənəddə edilmiş dəyişikliyi yadda saxlamaq üçün hansı əməliyyat icra olunmalıdır?
Cəld müraciət paneli vasitəsilə sənəddə edilmiş dəyişikliyi yadda saxlamaq üçün cəld müraciət paneli üzərində olan (Сохранить) Yadda saxla düyməsini sıxmaq lazımdır.
Beləliklə biz Word 2016 dəyişikliklərin yadda saxlanılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır