Ana səhifə / Virtual mühitdə iş bacarıqları / Onlayn məlumat paylaşmağın ən praktik üsulları

Onlayn məlumat paylaşmağın ən praktik üsulları

Paylaşmaq!

Onlayn məlumat paylaşmağın ən praktik üsulları elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Onlayn məlumat paylaşmağın ən praktik üsulları

Onlayn məlumat paylaşmağın ən praktik üsulları

İnternet və veb dünyanın istənilən yerində ailəmiz və dostlarımızla əlaqədə qalmağımızı mümkün edir. Sosial media və digər platformalar dostlarımızın həyatında ba verən haqqında öyrənmək, şəxsi xəbərləri paylaşmaq, başqaları ilə əlaqədə qalmaq üçün istifadə edilir.Onlayn məlumat paylaşmağın ən praktik üsulları

Bununla belə, internetdə paylaşım etmək hər zaman təhlükəsiz olmur. Məlumdur ki, şəxsi məlumatlarınızı sosial mediada paylaşarkən bəzən fərqinə varmadan digər informasiyaları da yanaşı paylaşmalı olursunuz. Dostlar üçün bu adi görünə bilər. Amma tanımadığınız bir şəxsin bu məlumatlardan xoşagəlməz hallar üçün istifadə etməsi təhlükəli ola bilər.Onlayn məlumat paylaşmağın ən praktik üsulları

Onlayn paylaşım edərkən təhlükəsizlik və məxfilik daim ağlınızda olmalıdır. Sosial media veb saytlarında profil yaradarkən şəxsi hesabınızın ayarlarını yoxladığınıza əmin olun. Əgər hesabınızı hər kəsə açıq qoysanız, istənilən şəxs sizin qoyduğunuz və paylaşdığınız məlumatları görə biləcək.Onlayn məlumat paylaşmağın ən praktik üsullarıHesabınızı yalnız şəxsi kontakınız üçün görünən etsəniz, yalnız onlar tərəfindən görünəcəkdir. Siz həmçinin sosial media şəbəkələrində dəvət təkliflərini qəbul edən zaman seçici olmalısınız. Əksər sosial media formaları dostluğu və izləyicini qəbul etmək və ya imtina etmək kimi seçimlər qoyur.Onlayn məlumat paylaşmağın ən praktik üsullarıKiminsə dostluğunu qəbul etdiyinizdə onun birbaşa şəxsi profilinizə və paylaşımlarınıza baxmaq imkanı yaranır.Onlayn məlumat paylaşmağın ən praktik üsullarıUnutmayın dostluq təklifini qəbul edərkən, tanıdığınız və inandığınız adamla qarşılıqlı unsiyyətdə olduğunuzdan əmin olun. Paylaşmaqdan əvvəl düşünün.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin. Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.