Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti video dərslikdə salamlayıram. Bugünki video dərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında formatlaşdırmanın əlavə imkanları 2 olacaq.
Formatlaşdırmanın əlavə imkanları 2
Biz bu dəfə şrift pəncərəsinin əlavə imkanları ilə tanış olacağıq. Biz indi mətn üzərində müəyyən videodəyişiklik aparacayıq. Bunun üçün Format-Format-Формат menyususna daxil olun. Şrift-Font-Шрифт əmrini seçin.
İndi biz Effektlər-Effects-Видоизменение sahəsindəki düymələri izah edəcəyik.
Üstcizgili-Strikethrough-Зачеркнутый—mətnin üzərindən xətt çəkir.
Ikiqat üzcizgili-Double strikethrough—Двойное зачеркивание—mətnin üzərindən ikiqat xətt çəkir.
Yuxarı indeks(sətr səviyyəsindən yuxarı)-Superscript-Надстрочный-<CTRL+Shift+=> mətni sətr səviyyəsindən yuxarıda yazmaq üçündür.
Aşağı indeks(sətr səviyyəsindən aşağı)— Subscript-Подстрочный-<CTRL+=> mətni sətr səviyyəsindən aşağıda yazmaq üçündür.
Kölgə-Shadow-С тенью kölgə vermək üçündür.
Konturlu-Outline-Контур-mətni konturlu yazmağa imkan verir.
Emboss-Приподнятый-mətni ağ rəngdə yazmaq üçündür.
Engrave-Утопленный-mətni içəriyə doğru çəkir.
Kiçik baş hərflər-Small caps-Малые прописные-<CTRL+Shift+K> ilk hərf böyük qalmaq şərtilə digər hərflərin böyüdülməsi ilə nəticələnir.
Hamısı böyük-All caps-Все прописные-<CTRL+Shift+A>:mətnin bütün hərflərini eyni formada böyüdür.
Gizli mətn-Hidden-Скрытый-<CTRL+Shift+H> mətni gizlədir.
Şrift-Font-Шрифт əmrindəki Интервал-İnterval-Character Spacing səhifəsi mətnlər üzərində intervalı yerinə yetirir. Bəzən biz hərflər arasınada məsafə qoymaq üçün Aralıq məsafəsi-Spacebar düyməsi vasitəsilə yerinə yetiririk. Bu isə bir növ səhvlik yaradır. Çünki əgər, proqramın formatlaşdırma menyusu varsa, deməli burada belə bir imkan da var. Şrift-Font-Шрифт əmrini daha sonra isə İnterval-Character Spacing- Интервал səhifəsinə keçid alırıq. Burada
Miqyas-Zoom-Масштаб-şriftin faizini böyütmək üçündür.
İnterval-Character Spacing- Интервал-məhz sözlər arası intervalı deyil, hərflər arası intervalı tənzimləmək üçün nəzərdə tutulub. Spacing-Интервал sahəsində Обычный-Normal deyil, Разреженный seçirik. Misal olaraq 10 punkt yazırıq. Beləliklə hərflər arası intreval 10 punkt böyüdü. Əgər biz istəyiriksə, hərflər bir-biriniin içərisinə doğru girsin. Bunun üçün Уплотненный seçirik. Misal olaraq 5 punkt seçirik. Beləliklə hərflər bir-birinin daxilinə doğru irəlilədi. Daha ətraflı aşağıdakı video dərsdə…
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır