Ana səhifə / Word 2003 / Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi

Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti video dərslikdə salamlayıram. Bugünki video dərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında orfoqrafik və qrammatik səhvlərin düzəldilməsi olacaq.

Orfoqrafik və qrammatik səhvlərin düzəldilməsiOrfoqrafik və qrammatik səhvlərin düzəldilməsi

Gördüyümüz kimi mətndə bəzi sözlərin altından yaşıl, bəzilərininsə qırmızı dalğavari xəttlər çəkilmişdir ki, bu həmin sözlərin orfoqrafik və qrammatik cəhətdən yalnış olduğunu göstərir. Belə yoxlama yalnız düzgün yazılış yəni Правописание əmrinin aktivləşdirilməsi nəticəsində baş verir. Düzgün yazılış Правописание əmri nəinki səhvləri qeyd edir, həm də onları aradan qaldırmağa kömək edir. Səhvi aradan qaldırmaq üçün ilk növbədə altından xətt çəkilmiş sözün üzərində basmaq lazımdır. Bu zaman bir kontekst menyu yaranacaq ki, burada səhv sözün mümkün düzgün variantlarının siyahısı göstərilir. Mausun sol düyməsi ilə lazımi sözü qeyd edin. Qeyd etmək lazımdır ki, Micrososoft Office Word 2003 poqramında Azərbaycan dilinin lüğəti istalyasiya edilsəydi, orfoqrafik və qrammatik yoxlama Azərbaycan dilində aparılardı. Lakin Micrososoft Office Word 2003 proqramına Azərbaycan dilinin lüğəti yüklənmədiyindən orfoqrafik və qrammatik yoxlanış burada düzgün aparılmır. Yəni yoxlanış burada ingilis lüğəti ilə aparılır. orfoqrafik və qrammatik səhvlərin yoxlanışını söndürmək üçün Tools-Сервис menyusunu seçin. Açılmış menyudan Proqramın digər parametrləri-Options-Параметры əmrini seçin. Proqramın digər parametrləri-Options-Параметры adlanan pəncərədən Правописание səhifəsinə daxil olun. Правописание səhifəsi aşağıdakı imkanların söndürülməsinə imkan verir. Орфография adlanan sahədən автоматически проверять орфографию deyilən sətrdən işarəni götürün. Грамматика sahəsindən автоматически проверять грамматику yəni avtomatik qrammatik səhvlərin yoxlanışı sətrindən işarəni götürün və OK düyməsini vurun. Beləliklə, mətndə orfoqrafik və qrammatik səhvlərin yoxlanışı təkzib olundu. Yəni proqram tərəfindən söndüldü. Həmin yoxlanışı aktivləşdirmək üçün yenidən Tools-Сервис menyuna daxil olun. Proqramın digər parametrləri-Options-Параметры əmrini seçin. Göstərilmiş sahələrdə işarələri aktivləşdirin. Təsdiq üçün OK düyməsini sıxın. Beləliklə həmin sözlərin altından deyildiyi kimi yaşıl və qırmızı dalğavari xətlər çəkildi. Orfoqrafik və qrammatik səhvlərin yoxlanışının digər üsulu standart alətlər lövhəsində olan Правописание əmrininin sıxılması ilə aktivləşir. Bunun üçün kursoru sətrin əvvəlində yerləşdirin və Правописание əmrini sıxın. Bu alternativ olaraq Правописание adlanan xüsusi bir pəncərəni açacaq və rus dilinin lüğəti ilə aparılacaq. Diqqət edin. Əgər burada yenə də qeyd etmək istərdim Azərbaycan dilinin lüğəti yüklənsəydi, Язык словаря deyilən sahədə mütləq Azərbaycan dilinin lüğətini görə bilərdik. Lakin bizim yazdığımız mətn azərbaycan dilində olduğu üçün rus dilinin lüğəti ilə heç uyğun gəlmir. Bu əməliyyatı təkzib etmək üçün Пропустить düyməsi sıxılmalıdır. Sadəcə sözlərin uyğun variantları yoxlanır və boş buraxılır. Пропустить все düyməsini sıxdıqda isə biz ümumilikdə təkzib edirik. Nəticədə qırmızı xəttlər yığışdırılır və altından yaşıl xəttlərlə əvəzlənir. Qırmızı xəttlər sözün orfoqrafik cəhətdən, yaşıl xəttlər isə cümlənin bütövlükdə qrammatik cəhətdən səhv olduğunu göstərir. Bu da əlbəttə ki, Micrososoft Office Word 2003 proqramına yerləşdirilmiş lüğətdən asılı olaraq formalaşdırılır. Yəni rus  dilininin lüğətilə yoxlayırsa, azərbaycan dili ilə rus dilinin qrammatikası arasında böyük fərq var. Buna görə bu sözlərin altından yaşıl xətt çəkiləcək. Əməliyyatın təkzbi üçün Bağlamaq-Close-Закрыть düyməsi sıxılır və gördüyümüz kimi orfoqrafik və qrammatik səhvlərin yoxlanışı bu göstərdiyim üsullardan biri ilə aparılr. Qeyd etmək lazımdır ki, orfoqrafik və qrammatik səhvlərin yoxlanışı zamanı yaşıl və qırmızı xəttlər çap zamanı çapdan çıxmır. Yəni bu yalnız görüntü olaraq qalır. İstifadəçi orfoqrafik və qrammatik səhvləri yoxlamaqla ingilis və rus dilində yazdıqları səhv sözləri bu lüğətin köməyilə düzəldə bilər. Mövzu ilə əyani tanış olmaq üçün aşağıdakı video dərsliyə baxın.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word proqramına aid tapşırıq 4

Word proqramına aid tapşırıq 4

Bu video dərsliklərdən böyük əksəriyyəti mətnin formatlanmasına və bunun üçün istifadə olunan format alətlər panelinə və Формат menyusuna həsr olunub. Bu video dərsimizdə biz elan mətinin Word 2003 proqramında yığılması və onun düzgün format olunmasına toxunacağıq.

Добавить комментарий