Ana səhifə / Xəbərlər / Xocalı soyqırımı paytaxtdakı elektron tablolarda

Xocalı soyqırımı paytaxtdakı elektron tablolarda

Paylaşmaq!

Xocalı soyqırımı paytaxtdakı elektron tablolardaPaytaxtın bütün dayanacaqlarındakı monitorlarda və yollardakı elektron tablolarda Xocalı soyqırımı ilə bağlı görüntü yerləşdirilib.

Xocalı soyqırımı paytaxtdakı elektron tablolarda

Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov bildirib ki, Azərbaycan xalqının ümummilli faciəsinə Nəqliyyat Nazirliyi də biganə qalmayıb. Bu məqsədlə Bakının İntellektual Nəqliyyat Sisteminə daxil olan monitorlara və 48 elektron tabloya Xocalı faciəsini xatırladan görüntü yerləşdirilib. Onun sözlərinə görə, Xocalı faciəsini əks etdirən görüntüləri yaymaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. N.Həsənov qeyd edib ki, Xocalı faciəsini əks etdirən görüntülər sabah da monitorlarda olacaq.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

20 Yanvar Faciəsi qan yaddaşımızdır

20 Yanvar Faciəsi qan yaddaşımızdır

Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

Добавить комментарий