Ana səhifə / 2015 / Апрель

Aylıq arxiv

10 Aprel – Ömrümüzə yazılan gün

10 Aprel – Ömrümüzə yazılan gün

Bu gün 10 aprel tarixində müstəqillik tariximizin 6-cı «İnşaatçılar Günü» qeyd olunur. Bu münasibətlə mən Şaiq Qədirov və çalışdığım 8 saylı Bakı Peşə Liseyinin Həmkarlar Təşkilatının Sədri Yadigar Musayev və müəssisəmizdə istehsalat təlimi ustası vəzifəsində işləyən Ağayeva Nüşabə müəllimə  Azərbaycan Respublikası «İnşaat-İş» Həmkarlar Komitəsində keçirilən bayram tədbirdə iştirak etmişdir.

Ətraflı
İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Ətraflı
Kompüterin təmizlənməsi üçün Ccleaner proqramının yüklənməsi

Ccleaner proqramının yüklənməsi

Artıq məqalənin başlığından göründüyü kimi bu günki dərsimiz Ccleaner proqramının kompüterə əyani quraşdırılmasından bəhs edəcək. Ccleaner ("Siqlinir" kimi oxunur). Clean – təmizləmək, amma rahat köməkçi olaraq istifadəçinin sadə işlərdə təmizləməyə kömək edir. Bu proqram sizin kompüterin bütün lazımsız, istifadəsiz fayllarını silir. Bununla da kompüterin işləmə qabiliyyətinə müsbət təsir edir və sərt diskdə boş yerin yaranmasına səbəb olur. Bu proqramın daha bir müsbət cəhəti onun pulsuz olmasıdır.

Ətraflı