Ana səhifə / Xəbərlər / 10 Aprel – Ömrümüzə yazılan gün

10 Aprel – Ömrümüzə yazılan gün

Paylaşmaq!

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizlər. Bu gün 10 aprel tarixində müstəqillik tariximizin 6-cı «İnşaatçılar Günü» qeyd olunur. Bu münasibətlə mən Şaiq Qədirov və çalışdığım 8 saylı Bakı Peşə Liseyinin Həmkarlar Təşkilatının Sədri Yadigar Musayev və müəssisəmizdə istehsalat təlimi ustası vəzifəsində işləyən Ağayeva Nüşabə müəllimə  Azərbaycan Respublikası «İnşaat-İş» Həmkarlar Komitəsində keçirilən bayram tədbirdə iştirak etmişdir.

10 Aprel – Ömrümüzə yazılan gün

10 Aprel – Ömrümüzə yazılan gün

Tədbiri Azərbaycan Respublikası «İnşaat-İş» Həmkarlar Komitəsinin Sədri Umud Hüseynov açaraq bu bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, Azərbaycanımızın bütün qurucu insanları bu günü əsil bayram ovqatı ilə qarşılayır, ikiqat sevinc anları yaşayırlar. Odur ki, bu günü bizə ərməğan etmiş Azərbaycan Prezidenti cənab İlham Əliyevə ölkə inşaaatçılarının dərin minnətdarlıq duyğularını və sonsuz sevgisini çatdırmaq istərdik. Sözsüz ki, dünyanın ən şərəfli və xeyirxah peşə sahibləri olan inşaatçılar ən yüksək fəxri adlara, böyük titullara və öz peşə bayramlarını yüksək səviyyədə keçirməyə  çox layiqdirlər. Köhnə inşaatçılar sovetlər dönəmində hər il avqustun 1-ci həftəsinin bazar günü bütün SSRİ məkanında keçirilən İnşaatçılar Gününü böyük mənmunluqla xatırlayırlar.

Ancaq SSRİ-nin süquti ilə müttəfiq respublikalar müstəqil dövlətlər olduqdan sonra  keçmiş sovet respublikalarından çoxu əvvəlki kimi köhnə qaydada İnşaatçılar Gününü qeyd etsələr də ancaq müstəqil Azərbaycanda uzun illər «İnşaatçılar Günü» qeyd olunmadı.

Nəhayət inşaatçıların çoxdan gözlədiyi gün gəlib çatdı və  cənab prezidentimiz inşaatçılarımızın ölkənin inkişafındakı böyük xidmətlərini nəzərə alıb 2009-cu ilin dekabrında hər il 10 aprel tarixinin respublikamızda «İnşaatçılar Günü» peşə bayramı kimi qeyd olunması barədə Sərəncam imzaladı. Bu sərəncam sənətini sevən hər bir inşaatçını hədsiz sevindirdi. Bu, həm də cənab Prezidentimizin inşaatçılara olan qayğısı idi.

10 Aprel – Ömrümüzə yazılan gün

Və 2010-cu ilin aprelin 10-da Opera və Balet Teatrının binasında müstəqillik tariximizin ilk İnşaatçılar Günü keçirildi. Çox yüksək səviyyədə təşkil olunmuş bu dövlət tədbirində tikinti ilə bağlı əksər təşkilatların nümayəndələri iştirak edirdi. Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın son 30 ildəki tikinti-quruculuq  tarixində xidmətləri olan  köhnə inşaatçılar və bu günki nəslin nümayəndələri ən yüksək dövlət mükafatlarına, fəxri adlara layiq görüldülər. Və sözün əsl mənasında inşaatçılar tarixi bir gün yaşadılar. Və bu, inşaatçıları tikinti cəhbəsində yeni qələbələrə ruhlandırdı.

10 Aprel – Ömrümüzə yazılan gün

Sonra söz Azərbaycan Respublikası «İnşaat-İş» Həmkarlar Komitəsində Baş Texniki Əmək müfəttişi vəzifəsində çalışan Mahir İbrahimova verildi. O da həmçinin tədbir iştirakçılarını bü gün münasibəti ilə təbrik etdi. Və «İnşaatçılar Günü» , onun tarixi anları haqqında geniş məlumat verdi. Məlumatda deyilirdi: Köhnə inşaatçıların deməsincə keçmiş sovet dönəmində SSRİ-nin bütün müttəfiq respublikalarında «İnşaatçılar Günü» yüksək səviyyədə qeyd olunurmuş. Tikinti nazirlikləri, trestlər və idarələr peşə bayramı şərəfinə öhdəliklər götütürb əmək raportları verirmiş. Bir sözlə, ölkədə əsil toy-bayram havası olurmuş, bayram konserti keçirilirmiş.

Bunun əyani təcəssümünü görmək üçün hər zaman tikinti sahəsinin güzgüsü olmuş “İnşaatçı” qəzetinin sovet dövründən qalan ayrı-ayrı illər üzrə podşivkalarını vərəqlədim.

Qəzetin “İnşaatçılar günü”nə həsr olunmuş 10 avqust 1973-cü il tarixli, № 93-94 (2039), 10 avqust 1979-cu il tarixli, № 95 (2965), 13 avqust 1983-cü il tarixli, № 96 (3586), və 13 avqust 1988-ci il tarixli, № 94 (4353) saylı bayram nömrələrini vərəqlədim. Doğurdan da inşaat aləminin, tikinti dünyasının bayram ovqatı boylanır o saralmış vərəqlərdən. Əsil zəhmət, hünər bayramı kimi təqdim olunan bu əziz gündə inşaatçılar bəlkə də heç bir bayramda olmadığı qədər sevinirlər, bir-birini təbrik edirlər, qazandıqları əmək qələbəsinin sevincini paylaşırlar. Necə də gözəl, təbii hisslərdir, mən özüm də o illərin az da olsa şahidi kimi bir anlığa o hissləri keçirdim.

Bundan sonra tədbirdə Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuş iştirakçılara söz verildi. Mükafatçılar çıxış edərək bu gün münasibəti ilə Respublika Prezidentinə və «İnşaat-İş» Həmkarlar Komitəsinə öz dərin təşəkkürlərini bildirdilər. Onu da qeyd etdilər ki, bu Fəxri Fərman və mükafatlar onların gələcək işlərində, planlarında onlara böyük həvəs və dayaq olacaqdır. Onlara böyük ruh yüksəkliyi ilə quruculuğa və yaradıcılığa həvəsləndirəcəkdir.

Sonra bayram tədbirində Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuş iştirakçılara ziyafət verildi. Xatirə şəkili çəkildi.

Əziz dostlar! gadirov.com saytının dəyərli oxucuları. Bu məqaləmi hazırlamaqla hamımız üçün unudulmaz olan peşə bayramında Sizinlə bir yerdə olmağa çalışdım. İstədim ki, müstəqillik illərində qeyd etdiyimiz 6-cı  «İnşaatçılar Günü»müz də yadda qalsın və internet səhifəsində tarixə çevrilsin.

«İnşaatçılar Günü»nüz mübarək!     

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart — Azərbaycanlıların Soyqırımı Günüdür

Ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

Добавить комментарий