Ana səhifə / Adobe Fhotoshop / Qatın (layerin) birləşdirilməsi

Qatın (layerin) birləşdirilməsi

Paylaşmaq!

Bugünkü, elektron  dərsimizin əsas mövzusu Qatın (layerin) birləşdirilməsi olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Qatın (layerin) birləşdirilməsi

Qatın (layerin) birləşdirilməsi

Görüntünün hər bir elementini ayrı bir qatda saxlamalı olduğunuz qayda bəzi hallarda işləmir. Bəzən təbəqələri birləşdirmək istəyirsən. Bu məqsədlər üçün Photoshop proqramında birləşmə kimi əmr var. Bu əmrin mənası, hansı hallarda və nə üçün lazım ola biləcəyi bu elektron dərsliyimdə izah olunur. Beləliklə, bu əmrlərdən istifadə etmək üçün qatlar palitrasında ən azı iki qat olmalıdır. Birləşdirmə əmrinin yerinə yetirilməsi üçün qatın üzərində siçanın sağ düyməsi vurulur. Konteks menyudan müvafiq sətr seçilir.

Qatları necə birləşdirmək olar?

Görüntünün bir parçasından mükəmməlliyə nail oldunuzsa və onu bir daha dəyişdirmək istəməyəcəyinizi bilirsinizsə, o zaman iki və ya daha çox qatı bir yerə birləşdirə bilərsiniz. Bu layers (qatlar) palitrasının uzunluğunu azaltmaqla yanaşı nəticələnən faylı da əhəmiyyətli dərəcədə kiçildəcəkdir. Photoshop proqramı qatları birləşdirmək üçün bir neçə üsul təqdim edir.

Əvvəlki qat ilə birləşdirmək

Bir-birinin yanında yerləşən iki qatı (layeri) birləşdirmək istəyirsinizsə, onda bu cütdən üst qatı seçin və sonra kontekst menyusundan Объединить с предыдущим (Merge Down) aşağı birləşdir əmrini seçin və ya Ctrl + E klaviatura qısayoluna basın.

Nümunə

Məsələn, 4-cü qatı 3-cü qat ilə birləşdirməlisiniz. Bunu etmək üçün 4-cü qatın üzərində siçanın sağ düyməsi vurulur. Açılan konteks menyudan Объединение с предыдущим əmri sətri seçilir.Qatın (layerin) birləşdirilməsi

NəticəQatın (layerin) birləşdirilməsi

Görünən qatları birləşdirmək

Görünən qatların birləşdirilməsi üçün ilk növbədə qatın qarşısında göz işarəsinin olmasında əmin olun. Hansı görünən qat birləşdiriləcəksə, o zaman həmin qatın qarışısında göz işarəsini aktıv saxlayın. Bundan sonra göz işarəsi qoyulmuş aktiv qatın üzərində siçanın sağ düyməsini sıxın. Açılan konteks menyudan Объединить видимые (Merge Visible) sətrini seçin. Bu əmri klaviatura vasitəsi ilə yerinə yetirmək istədikdə Shift+Ctrl+E klaviatur birləşmələrindən istifadə olunur.

Nümunə

Məsələn şəkildə təsvir olunan 5,4,3-cü qatların qarşısında göz işarəsini saxlayırıq. Digər 1 və 2-ci qatdan göz işarəsini götürürük. Yəni həmin qatlar gizlənir.Qatın (layerin) birləşdirilməsi

NəticəQatın (layerin) birləşdirilməsi

Seçilmiş qatların birləşdirilməsi

Tez-tez palitrada bir qarışıqlıq olur və qatlar tamamilə təsadüfi və xaotik şəkildə düzülür. Buna görə bir-birindən uzaq olan qatları birləşdirmək üçün əvvəlcə qatların seçilməsini həyata keçirmək lazımdır. Bunun üçün CTRL düyməsi sıxılı vəziyyətdə seçmək istədiyimiz qatlar üzərində siçanın sol düyməsi vurulur. Bu ardıcıllıqla tələb olunan qatlar seçilir. Sonra isə siçanın sağ düyməsi vurulur və açılan kontekst menyudan Объединить слои (Merge Layers) sətri seçilir. Bu əmri klaviatura vasitəsi ilə yerinə yetirmək istədikdə Ctrl+E klaviatur birləşmələrindən istifadə olunur.

Nümunə

Məsələn, 1,3 və 5 qatlarını seçirik. Sonra isə siçanın sağ düyməsi vurulur və açılan kontekst menyudan Объединить слои (Merge Layers) sətri seçilir.Qatın (layerin) birləşdirilməsi

NəticəQatın (layerin) birləşdirilməsi

Əlaqəli qatların birləşdirilməsi

Qatları bir-birinə bağlamısınızsa, onda onları asanlıqla birləşdirə bilərik. Bunun üçün əvvəlcə bütün əlaqəli qatları seçməliyik. Sonra isə Слои menyusuna daxil olub Выделить связанные слои (Select Linked Layers) əmrini seçməliyik. Açılan menyudan alt menyudan Объединить слои sətrini seçirik.

NümunəQatın (layerin) birləşdirilməsi

NəticəQatın (layerin) birləşdirilməsi

Beləliklə biz Qatın (layerin) birləşdirilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Təsvirə digər bir şəklin əlavə olunması

Təsvirə digər bir şəklin əlavə olunması

Photoshop proqramında təsvirə digər bir şəklin əlavə olunması üçün bir neçə üsul  vardır. Bu elektron dərsliyimdə hamısı barədə ətraflı təsvir izahat verəcəm.