Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Adobe Photoshop proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Məxməri dəri effektinin yaradılması olacaq. Odur ki, bizə ilk növbədə məxməri dəri effekti tətbiq olunacaq bir şəkil lazımdır. Əvvəlki video dərslərimizdən öyrəndiyimiz kimi faylı proqrama çağırmaq üçün File menyusuna daxil oluruq. Açılan menyudan Open adlı əmrə müraciət edirik.Open dialoq boksunda fayl seçilir və Открыть düyməsi sıxılır.Beləliklə faylımız proqrama çağrıldı.İndi öyrənəcəyimiz əməliyyat xüsusən jurnallarda üz qabığına vurulan şəkillər üzərində tətbiq olunur.
Məxməri dəri effektinin yaradılması
Məxməri dəri effektinin yaradılması üçün ilk növbədə şəkil layerinin surəti çıxarılmaıldır.Bunun üçün Layer panelinə diqqət edək. Gördüyümüz kimi Layer panelində Background adlanan toxunulmaz bir layer vardır. Bu Background layerinin surətini çıxarmaq üçün onun üzərində siçanın sol düyməsi sıxılmalıdır. Sonra isə siçan vasitəsilə həmin Background layerini aşağıya doğru Great New Layer düyməsi üzərinə daşıyaraq həmin layerin surətini almış oluruq.Yəni artıq Layer panelində Background copy adlanan yeni layer almış olduq. Bildiyimiz kimi Adobe Photoshop proqramında filterlərin köməyi ilə şəkillər üzərində maraqlı əməliyyatlar apara bilərik. Gəlin bu filterlərdən birini tətbiq etməklə şəkil üzərində məxməri dəri effekti yaradaq. Əvvəlcə menyunun Filter bəndinə müraciət edirik. Açılan menyudan Distort sətrini alt menyudan isə Diffuse Glow əmri üzərində bir dəfə klik edək.Gördüyümüz kimi Diffuse Glow filterinin tənzimlənməsi üçün yeni pəncərə meydana gəlir.Pəncərədəki bir sıra göstəriciləri şəkildən asılı olaraq tənzimləmək lazımdır. Bizim nümunədə bu göstəricilər belə olacaq. Graininess sahəsində 2, Glow Amount sahəsində 3 və Clear Amount sahəsində isə 14 rəqəmini yazmaqla əməliyyatın təsdiqi üçün OK düyməsini sıxırıq.
Beləliklə biz Photoshop proqramında Məxməri dəri effektinin yaradılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Adobe Photoshop proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır