Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) — Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. 1909-cu ildə yaradılmışdır. 29 dekabr 1998-ci ildən milli park statusu daşıyır. Ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir.
Dənizkənarı bulvarın salınması 1909-cu ildə Bakı şəhər Duması tərəfindən qərarlaşdırılmış və o vaxtlar Dumada çalışan məşhur mühəndis Məmməd Həsən Hacınskinin adı ilə bağlıdır. O zaman tender yolu ilə seçilmiş layihənin işlənib həyata keçirilməsində mühəndis Kazimir Skureviçin və memar Adolf Eyxlerin də böyük zəhməti olmuşdur. Onların təklifi əsasında dəniz sahili ilə yeni salınmış II Aleksandr küçəsinin (indiki Neftçilər prospekti) arasında yaşıllıq zolağının salınması nəzərdə tutulmuşdu. İki il müddətində buraya kənardan münbit torpaq daşınmış, Azərbaycanın başqa bölgələrindən və hətta Avropadan belə müxtəlif nadir bitki növləri gətirilib əkilmişdir.
Gözəl mənzərəsi var. Bu cür fantanların sayı bulvarda bir neçə dənədir. Ən böyük fantanlardan bir də məhz budur.
Bakı Bulvarında Fontan
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır