Ana səhifə / Bux saytlar / RuCaptcha saytı ilə pul qazanmaq

RuCaptcha saytı ilə pul qazanmaq

Paylaşmaq!

RuCaptcha saytı ilə pul qazanmaqSalam əziz dostlar gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. İnternetdə pul qazanmaq metodlarına həsr olunmuş növbəti video dərsliyimdə salamlayıram. Bu gün ki,videodərsimizin əsas mövzusu pul qazanmaq metodlarına həsr olunacaq. Bu metodların biri də şəkildəki kodun, rəqəmin təyininə (müəyyən edilməsinə) görə pulun qazanılması olacaq. Qeyd etmək istəyirəm ki, təklif etdiyim RuCaptcha  saytı bu gün rus netində daha məhşur olan saytlardan biridir. RuCaptcha saytında  pul qazanmaq üçün bir neçə metod təklif olunur. Bunlardan ən əsası kapçinin (şəkildəki mətnin və ya rəqəmin) daxil edilməsinə əsasən pulun qazanılmasıdır. RuCaptcha saytı haqqında onu demək istərdim ki, onu fərqləndirən bir sıra xüsusiyyətləri vardır. Bunlar aşağıdakılardır.

  1. RuCaptcha saytı gün ərzində 100.000 kapçinin daxil edilməsinə imkan verir
  2. RuCaptcha saytında ödənişlər avtomatik olaraq aparılır.
  3. RuCaptcha saytında ən azı 30 rubl pul toplamalısan ki,məbləği Webmoney hesabına çıxara biləsən.
  4. RuCaptcha saytında pulun hesaba köçürülməsi zamanı heç əlavə komissiya haqqı tutulmur.
  5. RuCaptcha saytında referalla işləmə prinsipi var.Hər referal üçün sistem tərəfində əlavə olaraq 10% gəlir təklif olunur.

RuCaptcha saytı ilə pul qazanmaq

RuCaptcha saytı ilə pul qazanmaq

Gəlin əvvəlcə saytda qeydiyyat olunma prosedurunu öyrənək. Bunun saytın sol yuxarı kənarındaRuCaptcha saytı ilə pul qazanmaq qeydiyyat (Регистрация) düyməsini görürsünüz. Onun üzərində siçanın sol düyməsini bir dəfə vurmaqla növbəti səhifəyə keçid alırıq. Bu səhifədə vacib olan sahələrin doldurulması lazımdır. Birinci sahə E-mail sahəsidir. Bu sahəyə hal-hazırda işlətdiyiniz və aktiv olan elektron poçtunuzun ünvanı daxil olunur. Bu ona görə vacibdirki,sonraki addimda saytda qeydiyyatın təsdiqlənməsi üçün xüsusi link göndərilir. Əgər sizin hələ də internetdə elektron poçtunuz yoxdursa, onda bu barədə qələmə aldığım Gmail.com saytında elektron poçtun yaradılması video dərsliyinə baxa bilərsiniz.

İkinci sahə şifrənin yazılmasını təklif edir. Bunun üçün yeni şifrə düşünürsünüz. Üçüncü sahədə yuxarıda yazdığınız şifrənin təkrarı qeyd olunur. Sonra isə qeydiyyat olun  düyməsi sıxılır.

Beləliklə çox sadə üsülla qediyyatdan keçdik. Bundan sonra elektron poçtunuza RuCaptcha saytı tərəfindən məktub gəlməlidir. Bu məktubda qeydiyyatın təsdiqlənməsi üçün link veriləcəkdir. Əgər məktub elektron poçt qutunuza daxil olmayıbsa, onda buna görə üzülməyə dəyməz. Bir neçə dəqiqədən sonra poçtunuzu yeniləyin və məktubunuzu görmüş olacaqsınız. Bu barədə video dərslikdə ətraflı söyləmişəm.

RuCaptcha saytı ilə pul qazanmaqGəldik əsas məsələyə pul qazanmaq üçün təklif olunan bölmə Начни зарабатывать bölməsidir. Bu bölməyə keçid aldıqdan sonra qarşınıza RuCaptcha saytında işləmək üçün təlimat çıxacaqdır. Bu təlimatda verilən məlumatları izah etməyə çalışaq. Belə təlimatlara fikir vermək lazımdır ki, sonradan probleminiz yaşanmasın. Əslində verilən təlimat olduqca sadədir. Belə ki, saytda təklif olunan şəkildəki mətn ya rus dilində verilir, ya da ingilis dilində. İstifadəçidən tələb olunan yeganə iş yalnız dili müəyyən edərək mətni və ya rəqəmi düzgün daxil etməkdir. Əgər şəkildə verilən mətn və ya  nə olursa olsun bilərəkdən düzgün daxil olunmazsa, onda proyekt istifadəçinin fəaliyyətini dondurur. Hətta ola bilsin ki, ümumiyyətlə istifadəçinin işini proyektdə dayandırsın. Yox əgər bu səhv təsadüfən baş verirsə, onda bəzən bu heç nəzərə alınmayaraq pul istifadəçiyə ödənilir. Hər kapçinin düzgün deşifrə olunması üçün verilən standart məbləğ 1 qəpikdir. Bu məbləğ kapçidən asılı olaraq dəyişilə bilər. Hətta son məlumatlardan biri də odur ki, məbləğ 10 qəpiyə qədər qalxacaq. Bu barədə ətraflı videodərsliyimdə tanış ola bilərsiniz.

Gəldik işin sonuna. Bir müəllif olaraq mən bu proyektin bir sıra müsbət cəhətini istifadəçilərə izah etmək istəyirəm. Belə ki, RuCaptcha saytı birinci loxotron sayt deyil. Qazanılmış məbləğ bir başa istifadəçinin Webmoney adlandırılan elektron pul kisəsinə köçür.Əgər sizin bu ödəniş sistemində qeydiyyatınız yoxdursa,onda vaxtınızın bir neçə dəqiqəsini sərf edib bu ödəniş sistemindən qeydiyyatdan keçin. İkincisi toplanan məbləğ 30 rubl olduqda bunu köçürmək üçün bəzi proyektlərdə olduğu kimi zəhlətökən proses yoxdur. Üçüncüsü rus və ingiliscə klaviaturada işləmək vərdişi əldə etmək istəyən hər bir istifadəçi üçün bu çox əla imkandır. Həm məsuliyyətli olursan,həm də öz zəhmətin hesabına pul qazanırsan. Necə deyərlər dama-dama göl olar. Asudə vaxtını internetdə səmərəli keçirmək istəyən istifadəçilər və  pul qazanmaq istəyənlər üçün bu yeni imkanlar sayıla bilər. Və sonda onu qeyd etmək istəyirəm ki, RuCaptcha saytı istifadəçidən əlavə ödəniş tələb etməyən bir saytdır. Odur ki, rahatlıqla bura qeydiyyat oluna bilərsiniz.

P.S. Əgər bu barədə siz daha geniş məlumata maliksinizsə və pul qazanmaq üçün başqa real metodlar bilirsiniz onda xahiş olunur saytın əlaqə bölümü ilə mənimlə bölüşəsiniz.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Məktub oxumaqla pul qazanmaq

Məktub oxumaqla pul qazanmaq

İndi isə məktubun mətninə diqqət yetirək. Burada tapşırığın mətnində bizdən nə tələb olunur. Cavab olaraq biz hansı varinatı seçməliyik. Əgər sizin rus dili ilə bağlı probleminiz yoxdursa, rahat oxuyub anlaya bilirsinizsə, onda verilmiş suala uyğun cavabı asanlıqla tapa bilərsiniz. Başqa bir üsul həmin mətni tərcümə ilə məşğul olan saytların birində tərcümə etməklə tapmaq olar. Üçüncü üsul isə cavabın mətnin daxilində verilmiş rəqəmə uyğun olaraq tapılmasıdır.

Добавить комментарий