Ana səhifə / Dizayn Modulu-2-3 kurs / Sənədin bağlanması və müraciət üsulları

Sənədin bağlanması və müraciət üsulları

Paylaşmaq!

Corel Draw X6 proqramında sənədin bağlanması və müraciət üsulları bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Sənədin bağlanması və müraciət üsulları

Sənədin bağlanması və müraciət üsulları

Corel Draw X6 proqramında hansı üsullarla sənədi bağlamaq olar ?

Bunun üçün Corel Draw X6 proqramını işə başladırıq. Açılan Welcome (Приветствие) dialoq pəncərəsi bir neçə əlavədən ibarətdir, bu əlavələrin də qısa yolu pəncərənin sağ tərəfində yerləşib. Susma halına görə Quick Start (Быстрый запуск) əlavəsi aktiv olur. Buradan da New Blank Document (Создать пустой документ) və ya New From Template (Создать из шаблона) ilə yeni boş və ya şablon əsasında fayl yaratmaq mümkündür.

Quick Start (Быстрый запуск) əlavəsinin köməyi ilə yeni sənəd yaratmaq

Sənədin bağlanması və müraciət üsulları

Açılan proqram pəncərəsində yeni boş sənəd yaradırıq. Əgər faylın adı varsa,onda edilmiş dəyişikliyi yadda saxlamaqla bağlamaq olar. Mövcud faylı bağlmaq üçün Файл menyusuna daxil olub Закрыть sətrini seçirik.Sənədin bağlanması və müraciət üsulları

Əgər proqramda bir neçə Corel Draw X6 sənədi aktivdirsə, o zaman onların hamısını bağlamaq üçün yenidən Файл menyusuna daxil olub Закрыть все sətrini seçirik.Sənədin bağlanması və müraciət üsulları

Corel Draw X6 proqramında sənədə müraciət Üsul 1

Bunun üçün Klaviaturada Ctrl düyməsi sıxılı vəziyyətdə O hərfi vurulur. Açılan dialoq pəncərəsində sənədi ünvanı tapılır və Open( Открыть) düyməsi sıxılır.Sənədin bağlanması və müraciət üsulları

Corel Draw X6 proqramında sənədə müraciət

Üsul 2

Bunun üçün proqramda File (Файл) menyusuna daxil olub Open (Открыть)  sətrini seçirik.Sənədin bağlanması və müraciət üsullarıAçılan dialoq pəncərəsində sənədi ünvanı tapılır və Open( Открыть) düyməsi sıxılır.Corel Draw X6 proqramında sənədin bağlanması və müraciət üsulları

Corel Draw X6 proqramında sənədə müraciət Üsul 3

Bunun üçün proqramın alətlər panelində olan Open (Открыть)  düyməsini basırıq.Sənədin bağlanması və müraciət üsullarıAçılan dialoq pəncərəsində sənədi ünvanı tapılır və Open (Открыть) düyməsi sıxılır.

Beləliklə biz Corel Draw X6 proqramında sənədin bağlanması və müraciət üsulları mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим) bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. …