Ana səhifə / İŞƏTSQ / Kompüter viruslarının meydana gəlməsinin qısa tarixi

Kompüter viruslarının meydana gəlməsinin qısa tarixi

Paylaşmaq!

Kompüter viruslarının meydana gəlməsinin qısa tarixi bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüter viruslarının meydana gəlməsinin qısa tarixi

Kompüter virusu nədir?

Bildiyimiz kimi hər bir müasir kompüterin ən böyük və qorxulu düşməni viruslardır. Virus üçün fərdi kompüterin hansı məqsədlə istifadə edilməsi, İnternetə və ya lokal şəbəkəyə qoşulub-qoşulmaması vacib deyildir. Bu gün müxtəlif ziyanverici proqramlar o qədər çoxdur ki, demək olar ki, hər bir kompüter təhlükə altındadır.Kompüter viruslarının meydana gəlməsinin qısa tarixiQeyd etmək lazımdır ki, kompüter virusu da proqramdır, amma ziyanverici proqramdır. Hər bir kompüter virusunun özünəməxsus kompüterə daxil olmaq metodikası vardır. Bu günə kimi 202 mindən çox kompüter virusu məlumdur.

Ziyanverici proqramlar hansı qayda ilə yaşayırlar?

Kompüter virusu elə proqramdır ki, özünü təxminən bioloji virus kimi aparır, çoxalır, maskalanır və ziyanlı təsirlər göstərir.

  • Çoxalmaq;
  • Gizlənmək;
  • Pozmaq (xarab etmək).

İlk kompüter virusu haqqında nə bilirsiniz?

  Kompüter virusları təxminən keçən əsrin 80-ci illərinin əvvəllərində yaranmışdır. «Kompüter virusu» termini 1984-cü ildə ABŞ-da keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi. Kompüter viruslarının ümumi qəbul edilmiş tərifi yoxdur.

Kompüter virusları İnternetin yaranmasından az sonra geniş vüsət alsa da, bu virusların əsası 1949-cu ildə Con Fon Neyman tərəfindən öz-özünü törədən proqramlar nəzəriyyəsinin yaradılması ilə qoyulmuşdur. 1962-ci ildə Amerikanın Bell Telephone Laboratories şirkətində mühəndislər tərəfindən Darvin adlı oyun hazırlandı. Bu oyunun mahiyyəti törəmə, fəzanı tədqiqetmə və məhvetmə funksiyaları olan iki proqramın qarşıdurmasından ibarət idi. Rəqibin bütün proqram kopiyalarını məhv edən və döyüş meydanını ələ keçirən proqramın sahibi qalib hesab olunurdu. Artıq bir neçə ildən sonra məlum oldu ki, özünü törədən strukturlar nəzəriyyəsi təkcə mühəndislərin əyləncəsi üçün deyil, başqa daha ciddi sahələrdə də tətbiq oluna bilər.

Hələ 1979-cu ildə Xerox şirkətinin Palo Altodakı Tədqiqat mərkəzinin mühəndisləri kompüter «soxulcanları» yaratdılar. Bu proqram şəbəkədə olan kompüterləri axtarırdı. 1988-ci ildə Pakistanda «beyin» adlı ilk kompüter virusu yaradıldı. 1988-ci ildə isə ARPANET kompüter şəbəkəsinə ilk dağıdıcı hücum edildi. Əlbəttə, kompüter viruslarının sayının artması, ilk növbədə, onunla bağlıdır ki, proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yaza bilər. Bu işdə ona leqal və qeyri-leqal ədəbiyyat, virusların yazılması üçün xüsusi proqram təminatı kömək edir.

Virusları hansı əlamətlərə görə təsnif etmək olar?

  • Fayl virusları (com, exe, bat, doc virusları), yükləmə virusları, makroviruslar;
  • yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident;
  • Əməliyyat sisteminə görə: MS-DOS virusları, Windows virusları, *NIX virusları və s.;
  • Destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli;
  • Virus alqoritminin xüsusiyyətlərinə görə: «tələbə» virusları, kompan-yonviruslar, «soxulcanlar» (worm), «stels»-viruslar («görünməz» viruslar), «polimorf»-viruslar (özüşifrələnən viruslar), şəbəkə virusları və s.

Beləliklə biz Kompüter viruslarının meydana gəlməsinin qısa tarixi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Virusla mübarizə tədbirləri

Virusla mübarizə tədbirləri

Skaner rejimində antivirus proqramı verilmiş sahədə bütün faylları yoxlayır və yoluxmanı kanarlaşdırır. Verilənlərin kompüterdə yoxlanılması müəyyən qədər vaxt aparır. Bununla yanaşı bəzi hallarda virus sistemə skanerə əməliyyatı tamamlandıqdan sonra da düşə bilər.