Ana səhifə / Dizayn modulu-1 kurs / Kompüter qrafikasının növləri

Kompüter qrafikasının növləri

Paylaşmaq!

Kompüter qrafikasının növləri bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüter qrafikasının növləri

Kompüter qrafikasının növləri

Kompüter qrafikası nədir?

Kompüter vasitəsilə təsvirlərin yaradılması və emal problemləri tədqiqi üsulları ilə məşqul olan informatika elminin bölməsi kompüter qrafikası adlanır.

Kompüter qrafikasının növləri

İndiki zamanda kompüter qrafikası bir elm kimi formalaşıb. Müxtəlif tipli təsvirlərin yaradılması üçün-sadə sxemlərdən başlayaraq təbii obyektlərin realistik obrazlarına qədər, aparat və proqram təminatları istifadə olunur. Kompüter qrafikası bütün elm və mühəndis sahələrində informasiyanın əyani üsullar ilə qavranması və çatdırılması üçün istifadə olunur.

Qrafik təsvirlərin təqdim edilməsi metodları hansılardır?

  • İki ölçülü qrafika (2D — İngilis dilindən iki ölçü )
  • Üç ölçülü qrafika (3D — İngilis dilindən üç ölçü )

2D kompüter qrafikasının hansı növləri vardır?

  • Raster qrafika
  • Vektor qrafika
  • Fraktal qrafika

Qrafikanın bu növləri monitor ekranında göstərildikdə və ya kağıza yazıldıqda görüntü formalaşdırma prinsiplərinə görə fərqlənirlər.

Beləliklə biz Kompüter qrafikasının növləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

EXIF rəqəmsal fotoqrafiya məlumatları

EXIF rəqəmsal fotoqrafiya məlumatları

Rəqəmsal fotoqrafiya kimi sadə görünən bir şey əslində o qədər də sadə deyil. Yalnız ən kiçik hissəciklərdən - piksellərdən ibarət deyil, həm də bir fotoşəkil içərisində böyük bir gizli məlumat yığını şifrələyə bilərsiniz. Sözdə metadatanı şifrələyən standart EXIF ​​(Dəyişdirilə bilən Şəkil Fayl Formatı) adlanır.