Ana səhifə / Dizayn modulu-1 kurs / Raster qrafikasının çatışmamazlıqları

Raster qrafikasının çatışmamazlıqları

Paylaşmaq!

Raster qrafikasının çatışmamazlıqları bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Raster qrafikasının çatışmamazlıqları

Raster qrafikasının çatışmamazlıqları

Raster qrafikasının üstünlükləri

  • Video piksellərin hər birinə milyonlarla rəng çalarından hər hansı biri verilə bilər.
  • Piksel ölçüləri video piksellərin ölçüsünə yaxındırsa, onda Rastr təsviri fotoşəkildən daha pis görünmür. (yəni bu cür qrafika fotoqrafiya keyfiyyətindəki şəkilləri effektiv şəkildə təmsil edə bilər)
  • Kompüter fərdi pikselləri göstərmək üçün nöqtələrdən istifadə edən çıxış cihazlarını asanlıqla idarə edir. Buna görə Rastr şəkilləri printerdə asanlıqla çap oluna bilər.

Raster qrafikasının çatışmamazlıqları

Rastr təsvirinin istifadəsi zamanı əsas problem verilənlərin həcmcə böyük olmasıdır. Məsələn, adi jurnalın iki səhifəsi ölçüsündə böyük ölçülü illüstrasiyalarla fəal işləmək üçün böyük tutuma malik əməli yaddaşı olan (128 Mbayt və daha artıq) fərdi kompüterlər tələb olunur.

Raster qrafikasının çatışmamazlıqları

Bu parametrlə yanaşı istifadə edilən fərdi kompüterin tərkibindəki mikroprosessorun da məhsuldarlığının yüksək olması vacibdir.

Raster qrafikasının çatışmamazlıqları

Rastr təsvirlərinə aid detalların nəzərdən keçirilməsi üçün onların böyüdülməsinin qeyri-mümkünlüyüdür. Təsvir nöqtələrdən ibarət olduğu üçün onun böyüdülməsi təsviri təşkil edən nöqtələrin ölçüsünün böyüməsinə gətirib çıxarır. Nəticədə təsvirdə əlavə detalları görmək istifadəçi üçün mümkün olmur. Bununla yanaşı, nöqtələri böyüdülmüş illüstrasiyanın vizual görünməsi təhrifə uğrayır və ümumilikdə illüstrasiya kobudlaşır. Baş verən proses rastr qrafikasında pikselləşdirmə effekti adlanır.

Raster qrafikasının çatışmamazlıqları

Rastr faylları kompüterdə təsvirin bütün nöqtələrinin parametrlərini yaddaşında saxlanılmasına görə böyük həcmli olurlar.

Beləliklə biz Raster qrafikasının çatışmamazlıqları mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Piksel ölçüləri və çap

Piksel ölçüləri və çap

Piksel ölçüləri və şəklin keyfiyyətinə təsirlərindən bəhs etdiyimiz vəziyyətləri ayırmaq vacibdir. Monitor ekranındakı şəkillərə baxarkən piksel ölçülərinin həmişə eyni olduğunu görürük.