Ana səhifə / Dizayn modulu-1 kurs / Rastr görüntülərlə iş

Rastr görüntülərlə iş

Paylaşmaq!

Rastr görüntülərlə iş bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Rastr görüntülərlə iş

Rastr görüntülərlə iş

Rastr redaktorları vasitələri ilə yeni təsvirlərin yaradılması imkanı bir qədər məhdud olur və çox vaxt rahat olmur. Əksər hallarda rəssamlar ənənəvi alətlərdən istifadə edib, alınmış rəsmi skanerlər vasitəsilə kompüterə daxil edir və sonra rastr redaktorlarının köməyi ilə xüsusi effektləri tətbiq etməklə başladıqları işi sona çatdırırlar.

Rastr görüntülərlə iş

Son zamanlar rastr qrafikalarından daha səmərəli istifadə edilməsi və onların fərdi kompüterlərə daxil edilməsi üçün rəqəmli foto və videokameralardan geniş istifadə olunur. Bu səbəbdən də rastr illüstrasiyaları ilə işləmək üçün yaradılmış qrafik redaktorların əksəriyyəti təsvirlərin yaradılmasından çox, onların emalı üçün nəzərdə tutulmuşdur.

Təsvirin həlli onun ölçüsü ilə bilavasitə əlaqədardır. Bu parametr bir düym uzunluq vahidinə düşən nöqtələrin sayı ilə (dot per inch – dpi) ölçülür. Rastr təsviri mozaikaya bənzəyir – yaxinlaşdırılanda (böyüdəndə) siz ayrı-ayrı piksellərini görürsünüz, uzaqlaşdırilanda (kiçik etdikdə) piksellər bir-birinə sıxlaşır.

Rastr görüntülərlə iş

Kompüter təsvirin bütün nöqtələrin parametrlərini (rəngini, koordinatlarını və s.) yaddaşda saxlayir. Bundan əlavə, hər nöqtə müəyyən bitlər həcmində olur, rəngin dərinliyindən asılı olur. Rəngin dərinliyi – hər nöqtənin rənginin yaddaşda saxlanılması üçün bitlərin həcmini göstərir:

ağ-qara — 1 bit

yarımton — 8 bit

— rəngli – hər nöqtəyə 24 (və ya 32) bit ayrılır.

Rastr görüntülərlə iş

Rastr qrafikası hansı sahələrdə istifadə olunur?

Rastr görüntülərlə iş

Rastr qrafikası istifadə olunur:

  • Fotoqrafiyaların restavrasiyasında (bərpasında);
  • Fotomontajın yaradılması və emalı;
  • Təsvirlərə müxtəlif xüsusi effektlərin tədbiqi;
  • Skaner olunmuş təsvirlərin hamısı rastr formatında olur.

Rastr təsvirinin yaradılması üçün hansı proqram vasitələrindən istifadə olunur?

Rastr görüntülərlə iş

Rastr təsvirinin yaradılması üçün proqram vasitələrinə Paint, Adobe Photoshop, Microsoft Photo Editor, Photostyler, Adobe Photo-Paint, Picture Publisher, Corel Photo-Paint, Micrographs Picture Publisher və s. proqramları misal göstərmək olar.

Beləliklə biz Rastr görüntülərlə iş mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

EXIF rəqəmsal fotoqrafiya məlumatları

EXIF rəqəmsal fotoqrafiya məlumatları

Rəqəmsal fotoqrafiya kimi sadə görünən bir şey əslində o qədər də sadə deyil. Yalnız ən kiçik hissəciklərdən - piksellərdən ibarət deyil, həm də bir fotoşəkil içərisində böyük bir gizli məlumat yığını şifrələyə bilərsiniz. Sözdə metadatanı şifrələyən standart EXIF ​​(Dəyişdirilə bilən Şəkil Fayl Formatı) adlanır.