Ana səhifə / Dizayn Modulu-2 kurs / Tor,istiqamətləndirici və xətkeşlərdən istifadə

Tor,istiqamətləndirici və xətkeşlərdən istifadə

Paylaşmaq!

Tor,istiqamətləndirici və xətkeşlərdən istifadə bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Tor,istiqamətləndirici və xətkeşlərdən istifadə

Tor,istiqamətləndirici və xətkeşlərdən istifadə

Corel Draw proqramında xətkeşin interfeysə əlavə olunması üçün nə edirlər?

Əgər proqramın işçi sahəsində xətkeşlər yoxdursa, View (Вид — Görünüş) menyusundan Rulers (Линейки — Xətkeşlər) əmri seçilməlidir.

Tor,istiqamətləndirici və xətkeşlərdən istifadə

Xətkeşlərin ölçü vahidini müəyyənləşdirmək üçün Property Bar (Панель свойств — Xüsusiyyətlər Çubuğu) üzərindəki Units (Единицы — Vahidlər) düyməsini sıxıb, uyğun olan ölçü vahidini (məsələn, santimetr) seçin.

Tor,istiqamətləndirici və xətkeşlərdən istifadə

Corel Draw proqramında xətkeşin üzərində koordinat başlanğıcını cə dəyişmək olar?

Xətkeşlərin kəsişdiyi yerdə koordinat düyməsi yerləşir. Siçanın oxunu düymənin üzərinə gətirib sol düyməni sıxıb onu hərəkət etdirməklə xətkeşlər üzərində koordinat başlanğıcını («0» nöqtəsinin yerini) dəyişmək olar.

Tor,istiqamətləndirici və xətkeşlərdən istifadə

Corel Draw proqramında torun sənədə əlavə olunması üçün nə etmək olar?

Koordinat düyməsi üzərində Siçanın sağ düyməsini sıxdıqda açılmış menyudan Grid Setup (Настройка Сетки — Tor Qur) əmrini seçin.

Tor,istiqamətləndirici və xətkeşlərdən istifadə

Bu zaman şəkildə göstərilən dialoq pəncərəsi ekrana açılacaq.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Təsvirə digər bir şəklin əlavə olunması

Təsvirə digər bir şəklin əlavə olunması

Photoshop proqramında təsvirə digər bir şəklin əlavə olunması üçün bir neçə üsul  vardır. Bu elektron dərsliyimdə hamısı barədə ətraflı təsvir izahat verəcəm.