Ana səhifə / Dizayn Modulu-2 kurs / Corel Draw X6 proqramında obyektin seçilməsi

Corel Draw X6 proqramında obyektin seçilməsi

Paylaşmaq!

Corel Draw X6 proqramında obyektin seçilməsi bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Corel Draw X6 proqramında obyektin seçilməsi

Corel Draw X6 proqramında obyektin seçilməsi

Corel Draw proqramında seçilmiş obyekt necə görsənir ?

Obyektlərin yaradılması zamanı onun ətrafında qara rəngli düzbucaqlıların əmələ gəlməsi barədə qeyd etmişdik, yəni obyekt seçildikdən sonra onun redaktəsinə başlamaq olar. Bəzən bir neçə obyektin birlikdə (və ya ayrı-ayrılıqda) seçilib redaktəsi tələb olunur.

Corel Draw X6 proqramında obyektin seçilməsi

Corel Draw proqramında obyekti hansı alətin köməyi ilə seçmək olar?

Obyekti seçmək üçün Toolbox (Панель набора инструментов — Alətlər Çubuğu) üzərindəki  Pick (Указатель — Göstərici) alətini seçin. (+) işarəsini almış siçanın oxunu obyekt üzərinə gətirib sol düyməni bir dəfə sıxmaqla obyekti seçmək olar. Seçilmiş obyektin ətrafında qara rəngli düzbucaqlı düymələr əmələ gələcəkdir.

Obyektin üzərində ikiistiqamətli ox işarələri əmələ lməsi nəyi göstərir ?

Corel Draw X6 proqramında obyektin seçilməsi
Ətrafında qara rəngli ikiistiqamətli ox işarələri əmələ gəlmiş seçilən obyekt.

Obyektin üzərində siçanın sol düyməsini təkrar sıxdıqda obyektin ətrafında ikiistiqamətli ox işarələri əmələ gəlir ki, onların da vasitəsilə seçilmiş obyekti istənilən istiqamətdə fırlatmaq olur .

Seçilmiş obyekti ləğv etmək tələb olunursa, o zaman nə etməliyik ?

Seçməni ləğv etmək üçün siçanın oxunu masa üstünün istənilən yerində sıxmaq lazımdır. Əgər seçilmiş obyekti ləğv etmək tələb olunursa, onda [Delete] düyməsinin sıxılması kifayətdir.

Corel Draw X6 proqramında obyektin seçilməsi

Bir neçə obyektin seçilməsi üçün hansı əməliyyat icra olunur ?

Corel Draw X6 proqramında obyektin seçilməsi

Obyektlərlə işləyərkən obyektlər dəstinin seçilməsi lazım gəlir. Bunun üçün obyektin birini seçdikdən sonra [Shift] düyməsini sıxın. Bu zaman digər obyektlər də seçiləcəkdir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Təsvirə digər bir şəklin əlavə olunması

Təsvirə digər bir şəklin əlavə olunması

Photoshop proqramında təsvirə digər bir şəklin əlavə olunması üçün bir neçə üsul  vardır. Bu elektron dərsliyimdə hamısı barədə ətraflı təsvir izahat verəcəm.