Ana səhifə / Dizayn Modulu-2 kurs / Corel Draw proqramında miqyasın dəyişdirilməsi

Corel Draw proqramında miqyasın dəyişdirilməsi

Paylaşmaq!

Corel Draw proqramında miqyasın dəyişdirilməsi bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Corel Draw proqramında miqyasın dəyişdirilməsi

Corel Draw proqramında miqyasın dəyişdirilməsi

Miqyasın dəyişdirilməsi nə üçün vacibdir ?

Bəzən kiçik ölçüyə malik olan obyektlərlə işləmək çətinlik yaratdığı üçün onların böyüdülməsi lazım gəlir. Corel Draw X6 proqramı obyektlərə müxtəlif miqyaslarda baxmağa imkan yaradır. İşçi sahənin miqyasını dəyişdirməklə onların fraqmentlərini geniş formada gözdən keçirmək olar. Bununla yanaşı Corel Draw X6 proqramında böyüdülmüş kiçik fraqmetlərlə işləmək istifadəçi üçün çox əlverişlidir.

İşçi sahənin miqyasını dəyişmək üçün hansı alət seçilməlidir ?

Bunun üçün Toolbox (Alətlər Çubuğu) üzərindəki Zoom (Miqyas) alətini seçməliyik. Bu zaman siçanın oxu uyğun formanı alacaq. Obyektin üzərində siçanın sol düyməsini bir dəfə vurmaqla obyektin miqyası böyüyəcək. Sol düyməni təkrar sıxdıqda obyektin miqyası yenə də böyüyəcək.

Corel Draw proqramında miqyasın dəyişdirilməsi

Məlumdur ki, bu aləti klaviaturadan Z hərfinin köməyilə də açmaq olar. Bu zaman xüsusiyyətlər panelində miqyası dəyişdirən alət görünəcək. Bundan sonra siçanın göstəricisi lupa formasını almış olacaq. Buradakı + (-) işarəsi təsviri böyütmə (kiçiltmə) imkanını göstərir. Təsviri kiçiltmək lazım olarsa, həmin əməliyyatı Shift düyməsi ilə birgə yerinə yetirmək lazımdır. Hər dəfə bu imkandan istifadə edərkən miqyas iki dəfə artır-azalır. Bundan əlavə bu əməliyyatı yerinə yetirmək üçün siçanın orta düyməsindən də istifadə etmək olar.

Corel Draw proqramında miqyasın dəyişdirilməsiZoom То Page Width (Масштабировать по ширине страницы) bölməsi То Width (Страница по ширине) kimi işləyir.

Baxış sahəsini hərəkət etdirmək üçün Zoom Tool (Масштаб) alətinin altında yerləşən Hand (Панорама) və ya H hərfindən istifadə edilir. Bu zaman siçanın göstəricisi kimi olur. Daha sonra göstəricini işçi sahənin yerləşdirib, siçanın sol düyməsini sıxılı saxlamaqla göstəricinin yerini dəyişmək lazımdır. Bundan sonra təsvir siçanın göstəricisinin ardınca hərəkət edir.

Corel Draw proqramında miqyasın dəyişdirilməsiSürüşdürmə zolağının üfüqi və şaquli kəsişməsində lupa forması olan düymə var. Göstəricini onun üzərində saxlayıb siçanın sol düyməsini sıxanda hətta işçi sahədən kənarda yerləşən obyektlərin hamısının əks olunduğu kiçik bir pəncərə açılmış olacaq.

Corel Draw proqramında miqyasın dəyişdirilməsi

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Təsvirə digər bir şəklin əlavə olunması

Təsvirə digər bir şəklin əlavə olunması

Photoshop proqramında təsvirə digər bir şəklin əlavə olunması üçün bir neçə üsul  vardır. Bu elektron dərsliyimdə hamısı barədə ətraflı təsvir izahat verəcəm.