Ana səhifə / Elektron dərsliklər / İlk hesablama vasitələri

İlk hesablama vasitələri

Paylaşmaq!

İnsanlar həmişə hesablama prosesini sürətləndirmək və hətta onu aftomatlaşdırmaq istəmişlər.
İnsanlarda hesablamaq təlabatı lap çoxdan meydana gəlmişdir.İlk və ən sadə hesablama aləti barmaqlarımızdır. Belə ki,onlar ibtidai dövrün insanları üçün həm hesablama,həm də yadda saxlama vasitəsi olmuşdur.Ulu əcdadlarımız barmaqlarını qatlamaqla nəyi isə saymış və bu min valla sanki sayılmış ədədi yadda saxlamışlar;bu sadə üsul hətta bu gün bizim karımıza gəlir.İnsanlar getdikcə belə bir təbii nəticəyə gəlmişlər:
Əgər ədədləri barmaqlar vasitəsi ilə göstərmək olursa,onda onları başqa əşyalarla da göstərmək olar ;məsələn:daşlar bu məqsədlə istifadə oluna bilər.Beləliklə,daşlar,çöplər,ipə salınmış balıqqulağı və s. ilk hesab alətləri olmuşdur.Onlardan uzun müddət hesab aləti kimi də olaraq istifadə etmişlər.Antik dövrdə “abak” deyilən sayğacda saymışlar. Abak(yunanca “abax”-lövhə deməkdir) şaquli yarıqları olan lövhədir;yarıqların içində daşlar yerləşdirilir.Rus sayğaclarında (çötkələrdə) olduğu kimi,onların köməyi ilə hesablama əməliyyatı aparılırmış.XVIII əsrə kimi Yunanısdanda,Romada,daha sonra isə Qərbi Avropada abakda sayırmışlar.Misirlilər və yaponlar da abakdan geniş isdifadə etmişlər.Qədim çində abakda hesablama aparmaq xüsusilə inkişaf edibmiş.Çinlilər hətta bölməni,kəsirlər üzərində əməlləri, kvadrat və kub kökalma əməllərini belə yerinə yetirə bilmişlər.Hesablama lövhəsində habelə xətti tənliklər sisteminin kökləri hesablanırmış.Bu zaman,əlbəttə,dəqiqlik və sürət ancaq hesablayıcıdan asılı idi.Getdikcə hesablama əməliyyatları insan həyatının,demək olar ki,bütün sahələrini əhatə etməyə başladı və artıq inkişafın ən zəruri bir fəaliyyət növünə çevrildi.Hesablamasız heç bir sahədə keçinmək olmurdu.Hesablamaya ehtiyac artırdı.Ehtiyac artdıqca isə insanlar onu mexanikləşdirilməsi yollarını axtarmağa başladılar.
 
Mənbə:Uşaq ensiklopediyası

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий