Ana səhifə / Elektron dərsliklər / İnformasiya miqdarının ölçü vahidləri

İnformasiya miqdarının ölçü vahidləri

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Kompüterlerdə informasiyanın ən kiçik (minimal) ölçü vahidi bit (binary digit-ikilik say) götürülür. Bit çox kiçik ölçü vahidi olduğundan kompüter texnikasında əsas informasiya vahidi kimi 8 bitdən (bit 0-sıfır və bir-1 rəqəmləridir) ibarət olan bayt götürülür. Bir çox hallarda baytda kifayət etmir. Belə hallarda kilobayt (kb), meqabayt (Mb), qiqabayt (Gb), terobayt (Tb) istifadə edilir. Beləliklə informasiya miqdarının ölçü vahidləri bunlardır:

İnformasiya miqdarının ölçü vahidləri

İnformasiya miqdarının ölçü vahidləri

1 bit=0 və 1
1 bayt (b)=8 bit
1 kilobayt=1024 bayt=210 bayt
1 megabayt=1024Kb=1020 bayt
1 qiqobayt=1024 Mb=1030 bayt
1 terabayt =1024 Gb=1040 bayt
Verilənlərin mühafizəsinin ölçü vahidi kimi dəyişən uzunluqlu obyekt olan fayl götürülür. Fayl-unikal məxsusi adı olan sayda baytların ardıcıllığıdır. Adətən  eyni tipə aid olan verilənlər birlikdə mühafizə olunur. Bu halda verilənlərin tipi faylın adını təyin edir. Sadə vəziyyətdə götürsək (təsəvvür etsək) fayl ölçüsüz (razmersiz) dəftərxana dosyesi kimidir. Oraya istənilən verilənləri daxil etmək və oradan almaq olar. Ölçüsü (tutumu) etibarilə faylı daxil etmək və oradan almaq olar. Ölçüsü (tutumu) etibarilə fayl qeyri-məhdud olduğundan 0 bayt olan fayl və istənilən miqdar baytdan ibarət olan fayl təsəvvür etmək olar.
Faylın təyinatında ada xüsusi diqqət verilir. Faktiki olaraq ad ünvan məlumatları daşıyır. Ünvan olmadan fayla çıxış metodu da yoxdur Yəni faylda mühafizə edilən informasiya axtarılıb tapıla bilməz. Ünvanla birlikdə fayl adında verilənlərin tipinə dair məlumatlar ola bilər.
Fayllar iyerarxik sturukturda mühafizə edilir və fayl strukturu adlanır. Sturukturun yüksək pilləsi faylın mühafizə edildiyi daşıyıcıdır. Sonra fayllar katoloqlarda qruplaşdırılır. Katoloqların daxilində quraşdırılmış kataloqlar ola bilər. Fayla yol qurğunun adından başlanır və bütün kataloq adlarını əhatə edir. Ayrıcı kimi əks maili xətt istifadə edilir. Faylın tam adına nümunə aşağıdakı kimidir: <daşıyıcının adı>\<kataloqun adı-1>\…\<kataloqun adı-N>\<faylın məxsusi adı> 

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Bir şərh

  1. Ölçü vahidlərini bilmək bu sahəni öyrənənlər üçün vacibdir.Odur ki,belə bir informasiyanın saytda olması lazımdır.Çox sağ olun ki,belə bir məlumatı saytda yerləşdirmisiniz.
     

Добавить комментарий