Ana səhifə / Elektron dərsliklər / Çarlz Bebbic və onun maşını

Çarlz Bebbic və onun maşını

Paylaşmaq!

Çarlz Bebbic və onun maşınıSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. İndi deyilənlər çox adama şişirtmə kimi görünə bilər, lakin fakt faktlığında qalır. Müasir EHM-in tərkib hissəsini təşkil edən, demək olar ki, bütün elementlər XIX əsrin 30-cu illərində edilmiş universal avtomatikanın quruluşunda var idi. Ancaq qeyri-adi olan odur ki, hesablama texnikasında inqilab etmiş bu iş praktik olaraq bir adam tərəfindən görülmüşdür. Hesablama texnikasında yeni və parlaq səhifə açmış bu ingilis aliminin adı Çarlz Bebbicdir (1791-1871). Kembric universitetinin riyaziyyat professoru uzun ömür yaşamış və həyatı boyu dövrünü qabaqlayan xeyli kəşf və ixtiralar etmişdir. Alimim maraq dairəsi çox geniş olsa da, o, 50 il vaxt sərf etdiyi hesablama maşınlarını özünün əsas işi hesab etmişdir.
20 yaşında ikən Bebbic hesablama maşınlarının köməyi ilə cədvəllərin hesablanması imkanı haqda düşünürdü. Riyaziyyatçı olduğuna görə o, yaxşı bilirdi ki, loqarifmlər cədvəllərini tərtib edərkən hesablayan dəfələrlə müqayisədə sadə olan əməliyyatı, əvəllər aldığı nəticələri hesablama prosesinə təkrar-təkrar daxil edir. İnterasiya adlanan bu prosesi Bebbic hesablama maşının öhdəsinə verməyi qərara alır.

Çarlz Bebbic və onun maşını

Çarlz Bebbic və onun maşını

1822-ci ildə Bebbic naviqasiya və astronomiya cədvəllərini hesablamaq üçün fərq maşının layihəsini həyata keçirməyə başladı. O, düz 10 il bu maşını qurmaqla məşğul oldu. Lakin qurub qurtara bilmədi. Maliyyə xərcləri günü gündən artırdı, çünki ixtiraçı konstruksiyaya dəyişiklər edir və sonsuz sayda təkmilləşdirmələr aparmağı lazım bilirdi. Bebbicin fərq maşını sadə cəmləyici maşınlarla müqayisədə irəli atılmış əsaslı bir addım sayılırdı. Lakin onun da imkanları məhdud idi. Müasir terminologiya ilə desək, fərq maşını qeyd olunmuş əməllər proqramı qurğusu kimi düşünülmüşdü. Bir funksiyadan başqasına keçmək üçün mütləq insanın bu işə qarışması lazım gələcəkdi. Belə ki,başqa verilənləri maşına o daxil ətməli idi. Bebbic də məhz bu əməliyyatı avtomatlaşdırmağa cəhd göstərirdi.
Çarlz Bebbic və onun maşınıLakin elə bu zaman başqa, daha mükəmməl bir maşın yaratmaq ideası ağlına gəldi. O, 1833-cü ildə fərq maşını üzərindəki işi dayandıraraq istənilən hesablamaları aparmağa qadir olan universal avtomatlaşdırılmış maşın layihəsini həyata keçirməyə başladı. Adi hesablamalar aparmaqla yanaşı, operatorun verdiyi təlimat əsasında müxtəlif əməliyyatları yerinə yetirməyə qadir olacaq bu qurğunu o, analatik maşın adlandırırdı. Əvvəlcə özünün başladığı ,sonra isə oğlunun davam etdirdiyi bu işə 70 il vaxt sərf olunsa da, maşın qurulmadı. Bu kəşf öz dövrünü o qədər qabaqlamışdı ki, onu ancaq XX əsrin ortalarında müasir EHM-də həyata keçirmək mümkün oldu. Bu günkü universal hesablama maşınlarının strukturu Bebbicin layihələşdirdiyi analitik maşının strukturunu,demək olar ki, eynilə təkrar edir. Alim bunu bilsəydi, necə məmnun olardı. Hesablama məqsədilə yaradılmış qurğularla yanaşı, verilmiş proqramla avtomatik şəkildə işləyən başqa mexanizmlər də yaradılır və təkmilləşdirilirdi (musiqi avtomatları, şarmankalar, zəng çalan saatlar və s.) Məsələn, şarmankaların, əgər belə demək mümkünsə, diskləri üzərində müxtəlif vəziyyətdə düzülmüş çıxıntıları, dişləri olurdu; çıxıntılarıÇarlz Bebbic və onun maşının vəziyyətindən asılı olaraq disklər fırlandıqca bu və ya digər melodiya səslənirdi. Jakkardın toxucu dəzgahında parçanın naxışları da deşikləri olan nazik karton kartlarda (perfokartda) verilirdi. Naxışın dəyişməsi üçün dəzgaha deşikləri başqa cür düzülmüş perfokart yerləşdirilirdi. Bebbic maşınlarında hesab əməlləri də eynilə Jakkard perfokartlarının prinsipinə uyğun şəkildə, yəni həmin qaydada yerinə yetirildi. Proqramda bir qrup hesab əməllərinin yerinə yetirilməsinin təkrarlanması həm də bir qrup əməliyyatların müəyyən şərt daxilində yerinə yetirilməsinə imkan verdi. Bebbic maşını yarandıqdan sonra xüsüsi praqramçı peşəsi meydana gəldi. C.Bayronun qızı Ada Lavleys dünyada birinci proqramçı olmuşdur. Ada Lavleysin yazdığı proqramlar bəzi ədədi funksiyaların hesablanması üçün idi. 1891-ci ildə «Fərq maşını 2» qurulur. O, hal-hazırda London elmi muzeyində saxlanılır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий