Ana səhifə / Elektron dərsliklər / İnformasiya prosedurları

İnformasiya prosedurları

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Funksional xassələrinə görə informasiya prosedurları informasiyanın yığılması, ötürülməsi, saxlanılması, emal edilməsi prosedurlarına bölünür.

İnformasiya prosedurları

İnformasiya prosedurları

İnformasiyanın toplanması adətən onun qeyd edilməsi ilə müşayiət edilir. İnfomasiyanı qeyd etmək məqsədilə informasiya daşıcılarından istifadə edilir. Verilənlər idarə obyektinin daxilində toplanır yaxud digər mənbələrdən daxil olur. Toplanılmış və qeyd edilmiş verilənlər emal edilməyə, saxlanılmağa və istifadə edilməyə göndərilir.
İnformasiya ya sənədlərin, ya informasiya daşıyıcılarının yerdəyişməsi, yaxud da siqnallar vasitəsilə ötürülür.
İnformasiyanın saxlanılması bir tərəfdən onun dəfələrlə istifadə edilməsi, digər tərəfdən isə yaranması ilə istifadə edilməsi arasında müəyyən zamanı intervalının mövcudluğu ilə şərtlənir.
Müasir idarəetmə sistemlərində toplanılan informasiya avtomatlaşdırılmış verilənlər bazasında saxlanılır.
İnformasiyanın emalı proseduru verilənlər üzərində hesab və məntiq əməllərinin yerinə yetirilməsi nəzərdə tutur. Emal edilmiş informasiya onun istifadəçilərinə ya çap edilmiş sənəd şəklində, yaxud da displeyin ekranında nümayiş etdirilən sənədlər şəklində çatdırılır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий