Ana səhifə / Elektron dərsliklər / Kompüter şəbəkələrinin təyinatı və təsnifatı

Kompüter şəbəkələrinin təyinatı və təsnifatı

Paylaşmaq!

Kompüter şəbəkələrinin təyinatı və təsnifatıSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Şəbəkə dedikdə verilənlərin ötürmə vasitələri ilə öz aralarında birləşmiş iki və daha çox kompüterin toplusu başa düşülür. Verilənlərin ötürülmə vasitələri aşağıdakı elementlərdən ibarət ola bilər: bir-birilə əlaqədə olan kompüterlər, peyk, telefon, rəqəmsal, lifli-ontik, radio və s. əsasında qurulmuş rabitə kanalları, kommutasiyaedici aparatlar, retranslyatorlar, siqnal çeviricilərinin müxtəlif tipləri, həmçinin digər element qurğular. Beləliklə, ümumi halda kompüter şəbəkələrini yaratmaq üçün xüsusi proqram aparat təminatı (şəbəkə avadanlıqları) və xüsusi proqram təminatı (şəbəkə proqram vasitələri) olmalıdır. Iki kompüterin sadə şəkildə əlaqələndirilməsi birbaşa əlaqələndirmə adlanır.birbaşa əlaqələndirmə kompüterlərin Windows XP mühhitindədirsə xüsusi aparat və proqram təminatına ehtiyacı yoxdur. Bu halda aparat vasitələri standart giriş-çıxış portundan (ardıcıl, yaxud paralel)ibarət olur. Birbaşa əlaqələnmədə proqram vasitələri kimi əməliyyat sisteminin tərkibində olan standart vasitələr istifadə edilir (пуск-программы-стандартные-связь-мастер новых подключений-Установитъ прямое подключение другому компьютеру; İşəqoşma-Proqramlar-Standartlaşdırılmışlar-Rabitə-Yeni qoşma ustası-Digər kompüterlə birbaşa bağlantını qurmalı).

Kompüter şəbəkələrinin təyinatı və təsnifatı

Kompüter şəbəkələrinin təyinatı və təsnifatı

Bütün kompüter şəbəkələrinin bircə təyinatı vardır: ümumi resurslara birlikdə çıxışı təmin etmək. Təyinatından asılı olaraq üç tip resurs fərqləndirilir: aparat, proqram və informasiya resursları. Məsələn, printer aparat resursdur. Əgər çoxda böyük olmayan kompüter şəbəkəsində istifadəçilər ümumilikdə bir printerdən istifadə edirsə, deməli onlar ümumi aparat resursunu paylaşdırırlar (bölürlər). Eyni sözləri şəbəkə barədə də demək olar. Əgər şəbəkədə sərt diskinin tutumu artırılmış bir kompüter (fayl serveri) vardırsa və şəbəkənin iştirakçıları öz arxivlərini və iş nəticələrini orada saxlayırsa, şəbəkənin aparat resursu paylaşdırılmışdır.
Aparat resursları ilə yanaşı, kompüter şəbəkələrində proqram resursları da istifadə olunur. Məsələn çox mürəkkəb və uzun vaxt tələb edən hesablamalara uzaq məsafədə yerləşən böyük EHM-ə qoşularaq, ona göndərmək və hesablama nəticələrini eyni qayda ilə geriyə almaq olar.
Uzaqlaşdırılmış kompüterlərdə mühafizə edilən verilənlər informasiya resursunu təşkil edir. Bu resursun rolu hər şeydən əvvəl nəhəng soraqinformasiya sistemi kimi başa düşülən internetin timsalında daha aydın görünür.
Resursların deyilən bölgüsü kifayət qədər şərti xarakter daşıyır.Həqiqətdə,reallıqda istənilən tip şəbəkə ilə işlədikdə bütün tip resurslar birlikdə istifadə olunur.
Müasir şəbəkələri bir sra əlamətlərə görə təsnif etmək olar: kommpüterlər arasında olan məsafəyə; topologiyaya; təyinatına; göstərdiyi xidmətlərin sayına; mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş idarəetmə pirisiplərinə; kommtasyasız; məlumatların, paketlərin və s.-nin kommutasiya üsullarına; ötürmə mühitinin nüvlərinə görə təsnif edilir.
Kompüterlər arasındakı məsafəyə görə lokal və qlobal şəbəkələr fərqləndirilir. Ixtiyari qlobal şəbəkələr, lokal şəbəkələr, həmçinin ona avtonom və uzaq məsafədə yerləşən kompüterlər və ya ayrıca giriş-çıxış qurğuları qoşula bilər.
Qlobal şəbəkələr əsasən 4 cür olur: şəhər, regional, milli və transmilli.
Lokal kompüter şəbəkələrində (LKŞ) kompüterlər arasındakı məsafə bir neçə km-ə qədər ola bilər. Onlar adətən sürəti 1-dən 10-a və daha çox Mbit/saniyə olan sürətli rabitə xətləri ilə əlaqələndirilir. Əksər hallarda LKŞ bir təşkilat (korporasiya, müəssisə) daxilində fəaliyyət göstərdiyinə görə belə şəbəkələr çox zaman korporativ sistemlər və ya şəbəkələr adlanır. Belə halda kompüterlər bir qayda olaraq, bir otaq, bina və ya qonşu binalarda yerləşir.
Hər hansı kompüterin hansı şəbəkədə işləməsindən asılı olmayaraq həmin kompüterin proqram təminatını funksiya etibarilə iki tipə bölmək olar: kompüterin öz resurslarını istifadə edən və digər kompüterlərlə mübadiləni təmin edən proqramlar.
Şəbəkə proqram təminatında iyerarxik yanaşmadan istifadə edilir. Burada sərbəst səviyyələr və onlar arasındakı interfeyslər əvvəlcədən təyin olunmalıdır. Bunun nəticəsinə digər səviyyələrə əl dəyməmək, toxunmamaq şərtilə, ixtiyari səviyyənin proqramını təkmilləşdirmək mümkün olur. Ümumi halda hər hansı bir səviyyənin funksiyasını sadələşdirmək və lazım olan halda onu tamamilə aradan götürmək olar.
VBİS-lərin böyük əksəriyyətində relyasion modelindən istifadə olunur.
Relyasion modelinin əsas üstün cəhətləri bunlardı: sadəliyi, proqram reallaşdırılmasının asanlığı, verilənlər üzərində müxtəlif riyazi və məntiqi əməliyyatların aparılmasının mümkünlüyü, istənilən tip sorğuya cavabı təmin edən çevik verilənlər bazasının qurulmasının mümkünlüyü.
Reyasion modelindən əsasən orta ölçülü verilənlər bazaları üçün istifadə olunur. Cədvəllərin sayı artdıqca verilənlər bazası ilə işləmə sürəti aşağı düşür. Mürəkkəb strukturlu verilənlərin emalı sistemlərinin (məsələn lahiyələşdirmənin avtomatlaşdırılmış sistemləri) yaradılmasında relyasion modelindən istifadə olunması müəyyən çətinliklər yaradır. Relyasion modeli mövzu sahəsini əhatə edən nisbətləri və onlar arasında əlaqələri əks etdirir. Relyasion modeldə verilənlər bazasının məntiqi sxemi şəklində təsvir olunur. Həmin sxemdə ayrı-ayrı nisbətlər və oxlu xətlərlə onlar arasındakı əlaqələr göstərilir. Relyasion modeldə elementlərdən ən mühümü nisbətdir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий