Ana səhifə / Elektron dərsliklər / Kompüter şəbəkələri və onların təsnifatı

Kompüter şəbəkələri və onların təsnifatı

Paylaşmaq!

Aktiv şəbəkə avadanlıqları bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüter şəbəkələri və onların təsnifatı

Kompüter şəbəkələri və onların təsnifatı

KOMPÜTER ŞƏBƏKƏLƏRİNİN YARANMASINI ZƏRURİ EDƏN ƏSAS SƏBƏB NƏ İDİ?

Müəssisələr böyüyüb yeni-yeni kompüterlər aldıqca, bu kompüterləri bir şəbəkədə birləşdirmək zərurəti yaranır. Şəbəkələr printer, skaner kimi qurğuları və bəzi proqramları istifadəçilər arasında “bölüşməyə” imkanı verir. Getdikcə şəbəkələr və şəbəkə proqramları ayrı-ayrı binalarda, ayrı-ayrı şəhərlərdə, hətta dünyanın müxtəlif ölkələrində olan insanları birləşdirmək üçün istifadə edilir.

Şəbəkə [network] nədir?

İnsanların əksəriyyəti şəbəkə dedikdə, kifayət qədər qarmaqarışıq bir şey təsəvvür edir. Ancaq şəbəkələr elə də mürəkkəb deyil. Əslində şəbəkə [network], sadəcə, bir-birinə bağlanmış iki, yaxud daha çox kompüterdən ibarət qrupdur.

Kompüter şəbəkələri və onların təsnifatı

Kompüter şəbəkəsi ilə Televiziya şəbəkəsinin fərqi nədir?

Televiziya şəbəkələrindən fərqli olaraq kompüter şəbəkələri həmişə ikiistiqamətlidir: A kompüteri B kompüterinə məlumat göndərirsə, B kompüteriA kompüterinə cavab göndərə bilər.

Bütün kompüter şəbəkələrinin bircə təyinatı vardır: ümumi resurslara birlikdə çıxışı təmin etmək. Təyinatından asılı olaraq üç tip resurs fərqləndirilir: aparat, proqram və informasiya resursları. Məsələn, printer aparat resursdur. Əgər çoxda böyük olmayan kompüter şəbəkəsində istifadəçilər ümumilikdə bir printerdən istifadə edirsə, deməli onlar ümumi aparat resursunu paylaşdırırlar (bölürlər). Eyni sözləri şəbəkə barədə də demək olar. Əgər şəbəkədə sərt diskinin tutumu artırılmış bir kompüter (fayl serveri) vardırsa və şəbəkənin iştirakçıları öz arxivlərini və iş nəticələrini orada saxlayırsa, şəbəkənin aparat resursu paylaşdırılmışdır.
Aparat resursları ilə yanaşı, kompüter şəbəkələrində proqram resursları da istifadə olunur. Məsələn çox mürəkkəb və uzun vaxt tələb edən hesablamalara uzaq məsafədə yerləşən böyük EHM-ə qoşularaq, ona göndərmək və hesablama nəticələrini eyni qayda ilə geriyə almaq olar.
Uzaqlaşdırılmış kompüterlərdə mühafizə edilən verilənlər informasiya resursunu təşkil edir. Bu resursun rolu hər şeydən əvvəl nəhəng soraqinformasiya sistemi kimi başa düşülən internetin timsalında daha aydın görünür.
Resursların deyilən bölgüsü kifayət qədər şərti xarakter daşıyır. Həqiqətdə, reallıqda istənilən tip şəbəkə ilə işlədikdə bütün tip resurslar birlikdə istifadə olunur.
Müasir şəbəkələri bir sra əlamətlərə görə təsnif etmək olar: kompüterlər arasında olan məsafəyə; topologiyaya; təyinatına; göstərdiyi xidmətlərin sayına; mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş idarəetmə pirisiplərinə; məlumatların, paketlərin və s.-nin kommutasiya üsullarına; ötürmə mühitinin növlərinə görə təsnif edilir.
Kompüterlər arasındakı məsafəyə görə lokal və qlobal şəbəkələr fərqləndirilir. İxtiyari qlobal şəbəkələr, lokal şəbəkələr, həmçinin ona avtonom və uzaq məsafədə yerləşən kompüterlər və ya ayrıca giriş-çıxış qurğuları qoşula bilər. Qlobal şəbəkələr əsasən 4 cür olur: şəhər, regional, milli və transmilli.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Şəbəkə topologiyaları haqqında məlumat

Şəbəkə topologiyaları haqqında məlumat

Şəbəkə sadəcə cihazların bir-birilə əlaqə qurması və müəyyən edilmiş məlumatların paylaşılması deməkdir. Bunlar kompüterlər (PC), Serverlər, routerlər və s. ola bilər. Ən böyük şəbəkəyə İnterneti, ən kiçik şəbəkəyə isə iki kompüterin bir-birinə bağlanmasını nümunə göstərə bilərik.

Добавить комментарий