Ana səhifə / Elektron dərsliklər / Mamfrinin malikanəsində qətl

Mamfrinin malikanəsində qətl

Paylaşmaq!

Mamfrinin malikanəsində qətl

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.

Müasir dünyada cinayətlərin təhqiqatı üçün də ekspert sistemləri yaradılır. Bu sistemlərin tətbiqi ilə əlaqədar vaxtilə ədəbiyyatlardan birində oxuduğumuz bir hadisəni burda xatırlamağı məqsədəuyğun saydıq.

Mamfrinin malikanəsində qətlMamfrinin malikanəsində qətl

Kağız kəsməkçün işlətdiyi bıçaqla öldürülmüş qraf Mamfrinin meyidini öz evinin kitabxanasında tapırlar. Elə o saat da gecə klubunun sahibi Hyü İstuikdən şübhələnirlər. Çünki bir neçə gün əvvəl kənd sakinləri Mamfri ilə İstuikin çox bərk mübahisə etdiklərinin şahidi olmuşdular. Qraf klubun sahibini onu böyük məbləğdə aldatmaqda günahlandırırdı. Həmin gün mübahisə onunla bitdi ki, İstuik Mamfrini hədələdi. Faciə baş verən gün Mamfrinin bağında başqa qonaqlarla birlikdə,məhşur detektiv müəllifi, o zaman “Gecədə bayt” romanı üzərində işləyən Riçard Hokins də var idi. Həmin əsərin qəhrəmanı bir cinayət hadisəsindən xəbər tutmuş proqramçıdırHokins ömründə bir dəfə də olsun əsl ölüm hadisəsinin təhqiqatında iştirak etməmişdi. Buna baxmayaraq o, Mamfrinin qətlinin səbəbini aydınlaşdıracağına əmin idi.
Belə olmuşdu ki, yeni romanı üçün material toplayan Hokins təcrübəli, müstəqil detektivlə ekspert sistemi mütəxəsisinin cinayətlərin təhqiqatı üçün ekspert sistemi yaratmalarının şahidi olmuşdu. Hokins proqramçının yorulmadan detektivdən qətllərin açılması və şübhəlilərin dindirilməsi metodlarını öyrənməsinə diqqətlə fikr verirdi. Çoxlu dəyişikliklər etdikdən və diqqətlə yoxladıqdan sonra detektiv ekspertin hazırladığı proqramla razılaşdı. Hokins də romanında real səhnələrdən istifadə imkanı əldə etmək məqsədilə həmin proqramın bir nüsxəsini götürdü.
Mamfrinin cəsədi aşkar olunan kimi yazıçı belə qərara gəlir ki, tale ekspert sisteminin nəyə yaradığını yoxlamaqçün ona əla imkan verib. Beləliklə, Hokins öyrənir ki, axırıncı dəfə Mamfrini günorta yeməyi zamanı görüblər. Saat yarımdan sonra onun cəsədi öz kitabxanasında aşkar olunub. Yerdə, meyidin yanında içərisində porveyn qalıqları olan bakal varmış.
Təhqiqata başlayan Hokins fikrində cəsədin tapılması anını götür-qoy edir: “ İstuikin qatil olması ehtimalını ilk dəfə kim irəli sürmüş?”; “Şüşəbənd qapısının o üzündə qarın üstündəki ayaq izlərinə diqqəti kim yönəltmiş?” və s. İzlərdən görünürdü ki, sol ayaqqabının dabanı qeyri-adi formadadır. Bu, İstuikin ayaqqabısına oxşayırdı. O, müharibədə yaralanmışdı və sol ayağı şikəst idi.
Demək olar, hamı bu qənaətə gəlmişdi ki, Mamfri bu dəfə də həmişəki kimi günorta yeməyindən sonra dincəlməkçün kitabxanasına çəkilmişdi.
Bu zaman qapının səsini eşidir, ayağa qalxıb qapını açır və bağdan təxminən bir kilometr məsafədə yaşayan İstuiki içəri buraxır.Onlar arasında yenə mübahisə düşür və nəhayət, İstuiki kağız kəsən bıçaqla onu öldürür. Görünür, bu versiya evdəkiləri dindirməklə məşğul olan serjantı qane etmişdi. Lakin Hokinsi şübhələr rahat buraxmırdı. O, maşınından ekspert sistemi olan disketi götürür və Mamfrinin evdəki kompüterinə yaxınlaşır. Disketi qoyaraq İstuikin günahkar olması haqda yazdığı fikirləri ölçüb-biçmək qərarına gəlir. Hokins bilirdi ki, əvvəlcə ehtimal olunan qatillərin siyahısını azaltmaq lazımdır. Bununçün cinayətin törədildiyi şəraitdən çıxış edərək müəyyən etmək lazımdır ki, qatil öz qurbanı ilə tanış imiş, yoxsa tamamilə yad bir adammış?! Hamı bilirdi ki, Mamfri və İstuik düşməndirlər. Eyni zamanda, Hokinsə elə gəldi ki, dağılmış portveyn göstərir ki, qətl zamanı Mamfri sakit vəziyyətdə ola bilərdi. Hokins ekranda olan suallara cavab verməyə başladıqda isə qətlin  başqa əlamətləri də onun diqqətini cəlb etdi.

MƏNTİQİ ZƏNCİR

Serjant Blatter narahat idi, lakin Hokins kompüterin düymələrini basmaqla davam edir, sistemin bilgilər bazasındakı yüzlərlə “əgər-onda” qaydaları haqqında düşünürdü. Qaydalara əsaslanan sistemlərdə düzünə və əksinə zəncirvari mühakimə kimi iki qayda tətbiq edilir ki, bunlar da ya ayrılıqda və ya birgə istifadə edilir. Əslində, istifadəçi informasiyanı sistemə daxil etməklə “Bundan hansı nəticələr alınır ?” sualını vermiş olur; məsələn: əgər istifadəçi A faktını daxil edibsə, sistem “Əgər A, onda B” qaydasını axtaracaq, sonra- “Əgər B, onda C” və s. və i.a. Əks istiqamətdə mühakimə zamanı Hokins əks məsələni həll edirdi. Hokins sistemi soruşurdu ki, otaqdakı əşyalar yerində qalmışdımı, öldürülmüş adamın bədənində cırmaq yerləri vardımı? Otaqda hər şey yerində idi. Sistem soruşurdu ki, bədənin ətrafında izlər varmı? Yazıçı fikir verdi ki, izlər yalnız qapıdan bayır tərəfdədir və ya yaş izlər yozdur. Ümumiyyətlə, otaqda belə izlər yoxdur. Odur ki, Hokins bu suala “Yox” cavabı verdi. Hokins bilirdi ki, sistem ardıcıl mühakimə yürütmək qabilliyyəti ilə onun cavablarına uyğun olaraq müəyyən edə bilər ki, qatil öz qurbanı ilə tanış imiş, ya yox və ona etibar edirmişmi? 

QEYRİ-MÜƏYYƏNLİKLƏRLƏ NƏ EDİRLƏR

Serjant Blatter Hyü İstuiki həbs etmək üçün order gözləyirdi. Hansısa bir günahsızın həbs olunacağından ehtiyat edən Hokins ekspert sisteminin köməyi ilə serjantçün öz nəticələrini hazırlamışdı. Ekspert sistemi isə bu qəbildən olan digər sistemlər kimi, şahidin verdiyi məlumatlara və onlardan alınan nəticələrə birmənalı qiymət vermişdi.
Hokins bilirdi ki, detektivlərin məlumatları natamam və qeyri-dəqiq olur. Ekspert sistemi  isə belə çətinliklərin öhdəsindən gəlir; buna yəqinlik  əmsalları (YƏ) kömək edir. 1-ə bərabər YƏ onu bildirir ki, ekspert və ya istifadəçi alınan nəticəyə tam əmindir. 0 isə bildirir ki, “fikrim yoxdur”. Əgər YƏ 0 və 1 arasındadırsa, bu o deməkdir ki, ekspert sistemi və ya istifadəçi alınan nəticəyə və ya cavaba 100 % əmin deyil.
Sistemin çıxardığı nəticələr Hokinsin İstuikin qatil olmaması fikrini təsdiq etdi. İstuik deyilsə, bəs kimidir ? Hokins Blatterdən daha kimdən  şübhələndiyini soruşdu. Çünki izlərin saxtalığı göstərirdi ki, qatil kimdirsə, evdəkilərdəndir, qonşu otaqdakı altı adamdan biridir.

QATİL  TAPILMIŞDIR

Hansısa günahsız bir adamın həbs olunmaması üçün Hokins tələsməli idi. O yenidən ekspert sisteminə müraciət edərək qalan altı adamdan hər birinin bu qətldə əli olub-olmadığını vaxt itirmədən yoxlamalı idi. Bununçün o, qətlin səbəbləri və əlverişli şəraitlər haqqında aldığı məlumatları kompüterə daxil etdi. Yazıçı peşəsindən irəli gələn müşahidəçilik qabiliyyəti hesabına qonaqlar və xidmətçilər haqqında çox şey öyrənə bilmişdi. Belə ki, onların hər birinə sürətlə bir neçə sual verən Hokins tələb olunan məlumatı toplamışdı.
Sistem üç nəfəri ayırdı. Bu üç nəfərin içində isə Hokins ən çox birindən şübhələnirdi. Lakin bu şübhəsində nə qədər haqlı olub-olmadığı yalnız dəqiq faktlarla sübuta yetirilməli idi. O, mərhum qrafın vəfalı itini gətirdi və kitabxananın arxasındakı izləri iyləməyə məcbur etdi. Hokins əmin idi ki, izlər saxtadır, lakin buna baxmayaraq, onlar qatili tapmqada kömək edə bilərdi. Elə belə də oldu, heç dörd dəqiqə keçmədi ki, onun şübhələri doğru çıxdı. İt Hokinsi birbaşa gənc Freddi Qartueytin otağına gətirdi və İstuikin uzunboğaz çəkmələrinin gizləndiyi yeri nişan verdi.
Mamfrinin bacısı oğlu bir neçə dəqiq sualdan sonra boynuna aldı ki, bir neçə gün əvvəl İstuikin yanında olmuş və onun uzunboğaz çəkmələrini oğurlamışdır. Həmin axşam isə uzunboğaz çəkmələri geymiş və saxta izlər qoymuşdur. Günorta yeməyindən sonra o,qonaqlardan ayrılaraq dayısını qətlə yetirmişdir. Beləliklə, Freddi İstuiki şərləyib tutdurmaq və Mamfrinin varidatına sahib olmaq istəyirdi.
Serjant Blatter əsl qatilihəbs edir və onun aparılmasına sərəncam verir. Hokins isə özünün “elektron məsləhətçi”si ilə əməkdaşlıqdan məmnun halda ekspert sistemi olan disketi cibinə qoyaraq: “Burada dahiyanə heç bir şey yoxdur,sadəcə,qar üzərindəki izlər sayağı, bir-birinin ardınca gələn məntiqi mühakimələr var. Hər bir addımın ardınca yeni addım atılır və bu da son nəticə alınana qədər davam etdirilir, vəssalam”,-dedi.
 

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий