Ana səhifə / Elektron dərsliklər / Windows əməliyyat sisteminin təyinatı

Windows əməliyyat sisteminin təyinatı

Paylaşmaq!

Windows əməliyyat sisteminin təyinatıSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows əməliyyat sistemi sistem və xüsusi proqram vasitələri kompleksindən ibarətdir. Bir tərəfdən onlar BİOS (giriş –çıxışın baza sistemi) sisteminə daxil olan baza proqram təminatına əsaslanır, digər tərəfdən, onun özü daha yüksək səviyyəli proqram təminatını, tətbiqi və əksər xüsusi proqramların (əlavələrin) əsasını təşkil edir.

Windows əməliyyat sisteminin təyinatıWindows əməliyyat sisteminin təyinatı

Əməliyyat sisteminin əlavələri sisteminin idarəsi altında işləyən proqramlardır. Windows əməliyyat sisteminin əsas təyinatı vasitəçilik funksiyasıdır. Bu isə bir neçə növ interfeysi təmin edir.
1) kompüter aparat-proqram vasitələrilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edən interfeys-istifadəçi interfeysi.
2) proqram və aparat təminatı arasında interfeys, yəni aparat-proqram interfeysi.
3) muxtəlif növ proqram təminatı arasında interfeys, yəni proqram interfeysi.
Hər aparat platformasında, (məsələn, IBM PC ) bir neçə əməliyyat sistemi mövcuddur.
Onların fərqlərinə iki kateqoriyada baxılır: daxili və xarici. Daxili fərqlər əsas funksiyanın reallaşdirilması metodları ilə xarakterizə edilir. Xarici funksiyalar Windows sistemini konkret işçi yerinin texniki tələbatının ödənilməsi üçün vacib olan əlavələrin açiq olması ilə müəyyən edilir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий