Ana səhifə / Elektron dərsliklər / Printer üçün katric.

Printer üçün katric.

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.  Həm şırnaqlı, həm də lazer printerləri kağızda görüntünü yaratmaq üçün mürəkkəbdən istifadə edir. Şırnaqlı printerlər üçün bu, mürəkkəbli kartric [cartridge; картридкж], lazer printerləri üçün isə yenə də kartricdə olan tozşəkilli mürəkkəb, yaxud tonerdən ibarətdir.

Printer üçün katricPrinter üçün katric

Katric quruduqda yenisi alınmalıdır. Üç rəngli mürəkkəbli katricdə rənglərdən biri qurtardıqda da kartrici yeniləmək gərəkdir. Şırnaqlı printerdə katrici dəyişdirmək üçün öncə köhnəsini çıxarın. Yeni katricin qablaşdrıldığı folqanı (zərvərəqi) ehmalca açın. Qoruyucu örtüyü qoparın atın və printerin təlimatında göstərilən qaydada katrici yerinə taxın. Lazer printerlərində tonerin qurtarmağa yaxınlaçmasını ya xüsusi indikator, ya da maye-kristal tabloda çıxan Toner low yazısı vasitəsilə bilmək olur. Bu hal yarandıqda  katrici çıxarıb otərəf-butərəfə silkələyin və yenidən yerinə qaytarın. Bu müəyyən müddət işləməyə yetəcək, ancaq həmin xəbardarlıq ikinci dəfə baş verdikdə katrici dəyişdirmək lazım gələcək. Şırnaqlı printerlərdə mürəkkəbin sona yaxınlaşması ya printerin idarəetmə panelindəki indikator, ya da kompüterin ekranında məlumat şəklində bildirilir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий