Ana səhifə / Elektron dərsliklər / Şırnaqlı printer haqqında məlumat

Şırnaqlı printer haqqında məlumat

Paylaşmaq!

Şırnaqlı printer haqqında məlumatSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Şırnaqlı printer [ink-jet printer; стуруйный принтер] printerlərin ən populyar növüdür. Adətən, onlar rəngli olur və demək olar ki, istənilən kağızda yüksək keyfiyyətli mətn və ya qrafik görüntü yarada bilir. Onların bəzilərində hətta fotoqraf keyfiyyəti almaq mümkündür. Qiymət baxımından da bu printerlər əlverişlidir (100 dollardan aşağı qiymətdən başlamış bir neçə yüz dollaradək).

Şırnaqlı printer haqqında məlumat

Şırnaqlı printer haqqında məlumat

Şırnaqlı printerlər çap zamanı çox kiçik mürəkkəb damcıları kağıza çilənir. Damcılar kağıza aramsız olaraq şırnaqla axır, buna görə də printerlər belə adlandırılıb. Kartricdən mürəkkəb birbaşa kağıza düşdüyündən şırnaqlı printerlərdə boyayıcı lentə, yaxud tonerli kartricə gərək qalmır.
Şırnaqlı printerlərlə işləyərkən bir şeyi də unutmayın: mürəkkəb su ilə təmasda olanda yayılma xassəsinə malikdir. Buna görə də belə printerləri yalnız quru otaqlarda istifadə etmək olar. Elə bu səbəbdən şırnaqlı printerlərdə yüksək keyfiyyətli hamar kağızdan istifadə olunur.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий