Ana səhifə / İKT xəbər / Azərbaycanda daxil olan trafikin orta sürəti

Azərbaycanda daxil olan trafikin orta sürəti

Paylaşmaq!

Azərbaycanda daxil olan trafikin orta sürəti«Ookla» şirkətinin «NetIndex» reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 2,75 Mbit/saniyə təşkil edir. Bakı üzrə bu göstərici 2,80 Mbit/s, Sumqayıt üzrə isə 1,69 Mbit/s təşkil edir. Nəticələr şirkətin martın 12-dən aprelin 10-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib. Testlərin aparılması üçün 228 811 unikal IP ünvanı seçilib.

Azərbaycanda daxil olan trafikin orta sürəti

Azərbaycanda daxil olan trafikin orta sürəti

Azərbaycan daxil olan trafik reytinqi üzrə 115-ci yeri tutub. Reytinqdə Azərbaycanın 20 internet-servis-provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində daxil olan trafikin maksimum sürəti 5,88 Mbit/s («Eurosel»), minimum isə 1,40 Mbit/s («Azerfon») təşkil edib.  Xaric olan trafik üzrə reytinqdə  Azərbaycan 108-ci yeri tutub. Burada istifadəçilər şəbəkəyə 1,17 Mbit/s sürətlə çıxırlar. Bakı üzrə bu göstərici 1,04 Mbit/s, Sumqayıt üzrə isə 0,64 Mbit/s təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycanın 20 internet-servis-provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri də yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində xaric olan trafikin maksimum sürəti 5,36 Mbit/s (UNDP/AzNET Project şəbəkəsi), minimum isə 0,47 Mbit/s (Azerbaijan Data Network şəbəkəsi) olub.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

1 dəqiqənin önəmi nədir?

1 dəqiqənin önəmi nədir?

Bəzi insanlar üçün 1 dəqiqənin elə də önəmi yoxdur. Bəzi adamlar üçün isə 1 dəqiqə qızıla və ya minlərlə dollar pula bərabərdir. Misal kimi dünyanın ən varlı adamı, Microsoft şirkətinin yaradıcısı və sahibi olan Bill Qeyts 1 saniyədə 1000 dollardan çox pul qazanır.

Добавить комментарий