

Brauzerin parametrlərinin dəyişdirilməsi
Brauzerlərin çoxu baxılmış səhifələri keş adlanan yaddaş sahəsində saxlayır. Belə səhifələrə təkrar müraciət ediləndə brauzer onları şəbəkədən yox, keş-yaddaşdan yükləyir. Keş-yaddaşla işləmə parametrlərini dəyişdirməklə yükləmə surətini artırmaq olar. Ümumi (General) səhifəsində, İnternetin müvəqqəti faylları (Temporary Internet files) sahəsində Sazlama (Settings) düyməsini basın. Diskdə istifadə üçün ayrılmış sahə (Amount of disk space to use) parametrini dəyişmək üçün mausun düyməsini basın və buraxmadan parametrin düyməsini sağa sürüyün. Keş-yaddaş üçün nə qədər çox yer ayrılarsa, bir o qədər çox səhifə burada saxlana bilər. Təsdiq üçün OK düyməsini basın.