Ana səhifə / Windows 7 / Klaviatura və onun parametrlərinin tənzimlənməsi

Klaviatura və onun parametrlərinin tənzimlənməsi

Paylaşmaq!

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bugünkü, video dərsimizin mövzusu Windows 7 klaviatura və onun parametrlərinin tənzimlənməsi olacaq. Bildiyimiz kimi klaviatura kompüterin həm daxil etmə həm də idarəetmə qurğusudur. Klaviatura vasitəsilə kompüterə informasiyalar daxil edilir.

Klaviatura və onun parametrlərinin tənzimlənməsiKlaviatura və onun parametrlərinin tənzimlənməsi

Eləcə də əməliyyat sisteminin işi idarə olunur. Həmçinin klaviatura kompüterə qoşulan vacib qurğulardan biridir. Klaviatura və onun parametrlərini tənzimləmək üçün siçanın göstəricisini Пуск menyusuna yaxınlaşdıraq və üzərində bir dəfə klik edək. Beləliklə açılan baş menyunun ikinci sütunundan İdarəetmə paneli- Панель управления adlanan sətri seçək. Qarşımıza İdarəetmə panelinin pəncərəsi çıxacaq. Həmin pəncərədə Клавиатура adlanan proqrama müraciət edək. Клавиатура proqramının pəncərəsi iki səhifədən təşkil olunub. СкоростьОборудование. Скорость səhifəsi vasitəsilə klaviaturanın bəzi parametrlərini tənzimləmək olar. Onlardan təkrarlanmadan qabaq gecikmə və təkrarlanmanın sürəti eləcədə kursorun titrəyiş tezliyi kimi parametrləri dəyişmək mümkündür. Növbəti səhifə Оборудование-Qurğu adlanır. Bu səhifənin köməyi ilə klaviaturanın qoşulduğu portun adını və onun haqqında ətraflı məlumatı eləcə də klaviaturanın cari vəziyyəti haqqında məlumatı buradan almaq olar. Bütün dəyişikliklərin sonunda Ok düyməsini vurmağı unutmayın.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий