Ana səhifə / Internet / Əlaqələrdən istifadə etmə qaydaları

Əlaqələrdən istifadə etmə qaydaları

Paylaşmaq!

Əlaqələrdən istifadə etmə qaydaları bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və şəbəkə resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Əlaqələrdən istifadə etmə qaydaları

URL-ünvanlarla yanaşı, əlaqə və ya hiperəlaqələrdən də istifadə olunur. Bu istinadlar adətən rəngli mətn, işarə, rəsm şəklində olur, çərçivəyə də alına bilər. Səhifənin sol tərəfindəki mətnə diqqət yetirin. Şəkil və ya mətnin hiperistinad olub-olmadığını yoxlamaq üçün mausun göstəricisini onun üzərinə gətirin. Hiperistinadın üzərinə gətirildikdə göstərici görünüşünü dəyişərək, məsələn, əl şəklini ala bilər. Məlumat sətrində bu zaman istinadın URL-ünvanı göstərilir.İstinaddan istifadə etmək üçün onun üzərində mausun düyməsini bir dəfə basmaq kifayətdir. Bu zaman istinadın işarə etdiyi Web-səhifənin axtarışı başlanır.

Əlaqələrdən istifadə etmə qaydaları

Əlaqələrdən istifadə etmə qaydaları
Web-səhifə demək olar ki, bütün hallarda bir neçə əlaqəli HTML sənəddən ibarət olur. Hiperəlaqələrlə və eləcə də, vahid mövzu, müəllif və sairlə bir-birinə bağlı olan bir qrup Web-səhifəyə «Sayt» (Site) deyilir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий