Ana səhifə / İlk Yardım Modulu / Bintləmə qaydaları

Bintləmə qaydaları

Paylaşmaq!

Bintləmə qaydaları bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Bintləmə qaydaları

Bintləmə qaydaları

Hansı qaydalar əməl olunmaqla bintləmə aparılmalıdır?

  1. Xəstəyə mümkün qədər rahat vəziyyət vermək lazımdır ki, ağrıları artmasın;
  2. Yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını soldan sağa olmaqla açırlar;
  3. Bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir;
  4. Bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdır. Məsələn, sarğıdan sonra xəstə gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır;
  5. Bintin uclarını bədənin sağlam hissəsi üzərində bağlamaq lazımdır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Zərərli və təhlükəli istehsalat amillərindən mübarizə tədbirləri

Zərərli və təhlükəli istehsalat amillərindən mübarizə tədbirləri

Zərərli və təhlükəli istehsalat amillərindən mübarizə tədbirləri elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz …