Əziz oxucularım, gadirov.com saytının ziyarətçiləri. Sizləri İnternetin əsasları adlanan video dərslikdə salamlayıram. Bu videodərs Bakı Elmi Tədris Mərkəzi tərəfindən hazırlanılıb.
İnternetin yaranma tarixi

baxmayaraq, şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə ABŞ Təhlükəsizlik nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir. 1972-ci ildə B. Kan müasir müasir İnternetin nəzəri əsasını təşkil edən “açıq şəbəkə texnologiyası” ideyasını irəli sürdü. Bu ideyanı reallaşdırmaq məqsədilə yeni protokolun hazırlanması işinə başlandı və “İnternetin Atası” sayılan B. Stefin rəhbərliyi altında TCP/İP protokolu yaradıldı. Bu protokolun yaradılması ENTERNET arxitekturalı lokal şəbəkənin yaradılmasını və ARPANet şəbəkəsi ilə müxtəlif arxitekturalı bir sıra (məs. PRNET, SATNET) şəbəkələrin birləşdirilməsini
mümkün etdi. Bu şəbəkə ilə 1979-cu ildə USENET, 1981-ci ildə BİTNET, sonralar CompuServe, AmericaOnline və NFSNET şəbəkələri arasında əlaqə yaradılaraq, 1990-cı ildən o, İNTERNET adlanmağa başladı (İlk dəfə İngiltərə və İsveçin kompüter şəbəkəsi İnternetə qoşulmuşdur). Eyni zamanda İnternetlə digər ölkələrin kompüter şəbəkələri arasında əlaqə təmin edildi və o, Beynəlxalq Şəbəkələr Şəbəkəsinə çevrildi.
1979-cu ildə İnternetin USENET, 1989-cu ildə WWW, 1996-cı ildə ICQ xidmətləri fəaliyyətə başladı. Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq, informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət. İnternetin əsas xidmətləri:
Elektron poçt (e-mail );
Telekonfranslar;
və nəhayət WWW — informasiya-sorğu verilənlər bazaları, hökümət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti.
XX əsrin ən böyük kəşflərindən biri olan İnternet dünyanın müxtəlif nöqtələrində yerləşən minlərlə kompüter şəbəkəsini birləşdirən ümumdünya kompüter-informasiya şəbəkəsidir. O dövlət sərhədləri bilməyən, coğrafi uzaqlıqdan asılı olmayaraq operativ və etibarlı informasiya mübadiləsini təmin edən böyük sürətlə yeniləşən virtual informasiya məkanı, rahat və əlverişli ünsiyyət vasitəsidir.
videodərs Sənin inkişafında maraqlı şəxs sənin özünsən…