Ana səhifə / Internet / Ölçü vahidləri. İnformasiyanın nəqli sürəti

Ölçü vahidləri. İnformasiyanın nəqli sürəti

Paylaşmaq!

Ölçü vahidləri. İnformasiyanın nəqli sürətiƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Sizləri Ölçü vahidləri və informasiyanın nəqli sürəti adlanan video dərslikdə salamlayıram. İnformasiyanın texniki vasitələrin köməyi ilə nəqli, saxlanması və işlənməsi zamanı o, ikilik kodda, yəni sıfırlar və birlərin ardıcıllığı kimi təsvir edilir. Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Bunun üçün istifadə olunan rəqəmlərə kodlar deyilir. Kompüterdə informasiya yalnız kodlaşdırılmış şəkildə emal olunur və kodlaşdırma üçün ikilik say sistemindən — binar koddan, ikilik koddan istifadə olunur. İkilik kod «0» və ya «1» rəqəmlərindən hansısa biri deməkdir. Kompüterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit — ikilik rəqəm) adlanır. Bit — informasiyanın ən kiçik ölçü vahididir. Bit çox kiçik vahid olduğundan, kompüter texnikasında informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Baytda hər bir bit yalnız iki qiymət — 0 və 1 ala bilər.

Ölçü vahidləri. İnformasiyanın nəqli sürətiÖlçü vahidləri. İnformasiyanın nəqli sürəti


İnformasiyanın ən kiçik ölçü vahidi bitdir. 1 bit — bir ikilik movqeyin daşıdığı informasiyanın miqdarıdır. 8 bit bir bayta bərabərdir.
1 Kilobit = 103 bit
1 Meqabit = 106 bit
Ölçü vahidləri. İnformasiyanın nəqli sürəti1 Giqabit = 109 bit
1 Terabit = 1012 bit

İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə bitlə və ya saniyədə impulsla (bod (boud)) ölçülür.
Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 milyon kitaba bərabərdir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Web-səhifələrin çap edilməsi

Web-səhifələrin çap edilməsi

Sizləri Web səhifələrin çap edilməsi adlanan video dərslikdə salamlayıram. Web səhifəni çox asanlıqla çap etmək olar. Fayl (File) menyusundan Çap (Print) əmrini seçin. Açılan pəncərənin Çap edilməli (Print range) hissəsində Hamısı (All) şərti seçilməlidir. 

Добавить комментарий