Ana səhifə / Elektron dərsliklər / Ümumdünya hörümçək toru

Ümumdünya hörümçək toru

Paylaşmaq!

Ümumdünya hörümçək toruSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Müasir dövrdə “İnternet” sözünə tez–tez   rast gəlirik. Yaxşı, bəs bu internet nədir belə?

Ümumdünya hörümçək toru

Ümumdünya hörümçək toru

bu suala cavab verməkçün əvvəlcə gəlin tarixə müraciət edək. Təxminən 40 il öncə,yəni 1960- cı illərdə ABŞ-ın Müdafiə Nazirliyinin perspektivli lahiyələrin tədqiqi agentliyindən (US Defense Deparments Advanced Resarch Projects Agency-ARPA) telefon xətləri vasitəsi ilə kompüterlərin bir-birilə əlaqələndirilməsi təcrübəsinə başlayırlar. Artıq 1970-cı illərdə isə ARPA-nın köməyi ilə müxtəlif kompüter şəbəkələri arasında verilənlərin ötürülməsi qaydaları işlənilir. Ümumi adı “İnternet” olan bu protokollar vahid dünya şəbəkəsinin işlənməsinə imkan verdi və sərhədlərə məhəl qoymadan müxtəlif növ kompüterləri birləşdirdi. 1970-cı illərin sonunda ARPANet və onun başqa ölkələrdəki kompüterləri arasında rabitə yaradıldı. Beləliklə, az bir vaxtda dünya kompüter şəbəkələri vasitəsilə əhatə olundu. 1980-ci illərdə  şəbəkələr şəbəkəsi İnternet adı ilə tanındı və sürətlə inkişaf etdi. Sonralar isə minlərlə kolleclər,tədqiqat idarələri və dövlə müəsisələri öz kompüterlərini bu ümumdünya şəbəkəsinə birləşdirməyə başladı
XX əsrin 90-cı illərində İnternet daha artıq sürətlə inkişaf edirdi. Bu zaman İnternet ancaq faylların və mətnin ötürülməsinə imkan verirdi. Yeni bir oyunu, nadir kitabı kompüterdən köçürdükdə, maraqli adamlarla telekonfransda ünsiyyətə girdikdə və ya elektron poçt vasitəilə bir-birinə məktub göndərdikdə kompüter şəbəkəsi tərəfdarlarının sevincinin həddi-hüdudu  olmurdu. Lakin bu imkanların vüsəti qisa müddətdə adiləşdi və onda World Wide Web (Azərbaycan dilində “Ümumdünya hörümçək toru”kimi tərcümə olunur.) xidməti başlandı. O, Cenevrədə Avropa elementar hissəciklər lobaratoriyasının tədqiqatçıları (European Particle Physics Labratory CERN) Tim Berners-LiRobert Kayo tərəfindən işlənmişdi. Onlar elə bir sistem yaratmağı qarşılarına məqsəd qoymuşdular ki, bu sistem,məsələn, Avropa fiziklərinə öz tədqiqatlarının mətnlərini, sxem və rəsmləri bir-birinə göndərib İnternet vasitəsi ilə mübadilə edə bilsinlər. Hal-hazırda WWW İnternetin ən dinamik inkişaf edən xidmətidir. Məlumatın hipermətn forması şəklində (HTML) verilməsi ondan istifadəni asanlaşdırması üçün yeni-yeni pərəstişkarlarını özünə cəlb edir. HTML bir sənəddə mətn, qrafik, audio və video kimi məlumatların mövcud olmasına imkan verir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий