Ana səhifə / Internet / Kompüter şəbəkələri və şəbəkə protokolları

Kompüter şəbəkələri və şəbəkə protokolları

Paylaşmaq!

Kompüter şəbəkələri və şəbəkə protokolları

Əziz oxucularım, gadirov.com saytının ziyarətçiləri. Sizləri İnternetin əsasları adlanan videodərslikdə salamlayıram. İki və ya bir neçə kompüter verilənlər mübadiləsi məqsədi ilə bir-birinə qoşulduqda kompüter şəbəkəsi yaranır. Bir təşkilatın kompüterlərini birləşdirən şəbəkəyə Lokal şəbəkə və ya LAN (Local Area Network) deyilir. Bundan əlavə, lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə Qlobal şəbəkə və ya WAN (Wide Area Network) adlanır.
Lokal şəbəkəni (LAN) qlobal şəbəkə (WAN) ilə birləşdirən kompüter və bu kompüterdəki proqram təminatı şlyuz (Gateway) adlanır. Qlobal şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də mövcuddur. Bu şəbəkə İnternet adlanır. İnternet bütün dünya üzrə müxtəlif kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir.

Kompüter şəbəkələri və şəbəkə protokollarıKompüter şəbəkələri və şəbəkə protokolları


Kompüter şəbəkələri və şəbəkə protokollarıMüxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin belə bir ünsiyyəti nəticəsində ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Bu protokol — TCP/IP (Transmission Control Protocol/Internet Protocol) — verilənlərin nəqlinə nəzarət/İnternet protokoludur. Kompüter şəbəkələri və şəbəkə protokollarıİnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompüterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (Modulyator- Demodulyator) deyilir. Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Gmail elektron poçtunun yaradılması

Gmail elektron poçtunun yaradılması

Əziz oxucularım, bildiyimiz kimi Gmail (Google Mail-dən, djı-meyl və ya qmeyl tələffüz edilir) — amerika şirkətindən Google elektron poçtun pulsuz xidmətidir. Veb-interfeys vasitəsilə və POP3, SMTP və IMAP protokolları üzrə poçt qutularına giriş verir. Bu video dərsimiz gənc veb istifadəçilər və tələbələr üçün nəzərdə tutulub.

Добавить комментарий