Ana səhifə / Ofis proqramları modulu / Qlobal kompüter şəbəkələri üçün TPP

Qlobal kompüter şəbəkələri üçün TPP

Paylaşmaq!

Qlobal kompüter şəbəkələri üçün TPP bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Ofis proqramlarından istifadə bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Qlobal kompüter şəbəkələri üçün TPP

Qlobal kompüter şəbəkələri üçün TPP

Qlobal şəbəkələrin TPP vəzifəsi nədir?

Qlobal şəbəkələrin tətbiqi proqram paketlərinin əsas vəzifəsi istifadəçinin ərazilər üzrə paylanmış ümumi şəbəkə resuslarına, verilənlər bazasına müraciəti, məlumatların ötürülməsini və s. rahat və etibarlı təmin etməkdən ibarətdir.

Standart tətbiqi proqram paketlərindən nə üçün istifadə olunur?

Elektron poçtu, telekonfrans, elektron elanlar lövhəsinin təşkili üçün, müxtəlif qlobal şəbəkələrə informasiyanın gizli ötürülməsini təmin etmək üçün standart tətbiqi proqram paketlərindən istifadə olunur.

Qlobal internet şəbəkəsinin standart TPP hansı proqramlar aid edilir?

1.Naviqasiya və müraciat vasitəsi – Mozilla Firefox, Microsoft İnternet Explorer,Google Chrome, Opera,

2.Elektron poçtu (E-Mail), məsələn, Eudora, MS Outlook

3.Bank fəaliyyətində verilənlərin beynəlxalq şəbəkələrə ötürülməsi üçün standart Tətbiqi Proqram Paketlərinə misal olaraq, Swift, Sprint, Reuters göstərmək olar.

Hesablama prosesinin təşkili üçün local və qlobal şəbəkələrdə əsasən Bay Networks (ABŞ) firmasının Tətbiqi Proqram Paketlərindən istifadə olunur.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.