Ana səhifə / KRİ modulu / Antivirus proqramlarının inkişafı tarixi haqqında

Antivirus proqramlarının inkişafı tarixi haqqında

Paylaşmaq!

Antivirus proqramlarının yaradılması və inkişafı tarixi haqqında bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları və Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Antivirus proqramlarının inkişafı tarixi haqqında

Kompüter viruslarından qorunmanın əsas yolları hansılarıdır ?

  1. Virusun kompüterə daxil olmasına yol verməmək;
  2. Əgər virus kompüterə daxil olubsa, vurus hücumuna yol verməmək;
  3. Əgər virus hücumu baş veribsə, hücumun nəticələrini aradan qaldırmağa cəhd etmək.

Kompüter viruslarından qorunmanın təmin edilməsinin hansı metodları mövcuddur?

  1. Proqram metodları;
  2. Aparat metodları;
  3. Təşklati metodlar.

İnformasiyanın qorunması üçün istifadə edilən əsas vasitə qiymətli məlumatların ehtiyat köçürülməsidir (surətinin alınmasıdır). Kompüterin bərpa edilməsi ehtiyat daşıyıcıda saxlanan verilənlərin köçürülməsi ilə başa çatır. İnformasiyanın qorunmasının proqram metodu deyəndə antivirus proqramlarından istifadə edilməsi nəzərdə tutulur.

1974-cü ildə ARPANET şəbəkəsinin kommersiya variantı olan Telnet şəbəkəsi yaradılır.Antivirus proqramlarının inkişafı tarixi haqqındaBu şəbəkə yaradılandan sonra kompüter virusları tarixində ilk dəfə 1975-ci ildə The Creeper adlanan şəbəkə virusu yayılmağa başlayır. Virusun müəllifi BBN (Bolt Beranek and Newman) kompaniyasının əməkdaşı Bob Tomas olmuşdur.Antivirus proqramlarının inkişafı tarixi haqqındaProqram yerini serverlər arasında müstəqil dəyişə bilirdi. Kompüterə daxil olandan sonra ekrana “I’M THE CREEPER… CATCH ME IF YOU CAN” (“Mən Kriperəm…bacarsan məni tut”) məlumatı çap edilirdi. Mahiyyət etibarilə bu proqram virus deyildi. Ona görə ki, nə destruktiv, nə də casus xarakterli əməliyyatlar yerinə yetirilmirdi.

1975-ci ili antivirus proqramlarının yaradılması tarixi kimi də xarakterizə etmək olar. Belə ki, həmin ildə BBN kompaniyasının digər əməkdaşı Rem Tomlinson The Creeper virusunun təsirini aradan qaldırmaq üçün nəzərdə tutulan The Reepet adlanan xüsusi antivirus proqramı yazır. Proqram virusu tapan kimi onun fəaliyyətini dayandırırdı.

Həmin vaxtdan etibarən kompüter virusları və antivirus vasitələri arasında belə demək caizsə, silahlı qarşıdurma və ya yarış davam edir.

1980-cı ilin fevralında Dortmund universitetinin tələbəsi Yurgen Kraus “Özüçoxalan proqramlar” mövzusunda diplom işi yazır.

Bu diplom işində nəzəri mülahizələrlə bahəm ciddi özüçoxalan proqramların mətni də verilmışdi. Əslində bu proqramlar Siemens kompüterlər üçün virus proqramlar deyildi.

Belə yazılarda adətən Animal, Creeper, Cookie Monstr və Xerox worm kimi proqramlar virus proqramları kimi təqdim edilir.

Fərdi kompüterlər üçün ilk məşhur viruslar Virus 1,2,3Elk Cloner proqramları hesab edilir. Bu virusların hər ikisi funksionallığına görə çox oxşar idi və bir-birindən aslı olmadan kiçik vaxt fərqi ilə 1981-ci ildə yaradılmışdı.

1977-ci ildə ilk Apple Fərdi Elektron Hesablama Maşınının və şəbəkə strukturunun yaradılması ilə kompüter virusları tarixinin yeni dövrü başlanır. Bu dövrdə troya vandal proqramları da yaradılır. Belə proqramlar öz destruktiv fəaliyyətini müəyyən qədər vaxt keçəndən sonra və ya müəyyən şərtlər ödənəndə yerinə yetirirdi.

1987-ci ildə amerikalı proqramçı Ralf Berger viruslarla mübarizə metodları haqqında kitab yazır. Bu kompüter virusları tarixində mühüm mərhələ oldu. 1990-cı illərin ortalarından başlayaraq kompüter virusları əleyhinə mübarizə getdikcə güclənir. ABŞİngiltərə kimi ölkələrdə kompüter virusları yazan və onları yayanlara qarşı bir sıra səs-küylü məhkəmə prosesləri aparılır. Təqsirləndirilənlər cərimələnir və cərimələrin məbləği getdikcə artırılır. Antivirus proqram təminatı daim təkmilləşdirilir, virusların yayılmasının və dağıdıcı fəaliyyətinin qarşısının alımasında onların rolu xeyli gücləndirilmiş olur.

Antivirusdan söhbət gedirsə bu sahədə ən görkəmli simalardan birinin Yevgeniy Kasperski olduğu şübhəsizdir.Antivirus proqramlarının inkişafı tarixi haqqında1989-cu ildə məxfi dövlət Elmi Tədqiqat İnstitutunun əməkdaşı olan Y.Kasperskinin kompüterinə Cascade virusu düşür. Kasperski virusu aradan qaldırmaq üçün həyatında birinci dəfə antivirus proqramı yazır. Bu iş ona çox maraqlı gəlir və o bu problemlə ciddi məşğul olmağa başlayır. O bir sıra iri kontraktlardan xeyli vəsait qazanır və gəlirinin çox hissəsini biznesin inkişafına xərcləyir.

Y.Kasperskinin kompaniyası 1997-ci ilin iyun ayından fəaliyyət göstərir. Antivirus sahəsində Y.Kasperski dünyanın aparıcı ekspertlərindən biridir. Onun yaratmış olduğu “Kasperskinin Laboratoriyası” mərkəzi ofisi Moskvada yerləşən beynəlxalq kompaniyalar qrupudur. Kompaniyanın İngiltərə, Çin, Fransa, ABŞ, Almaniya, Rumıniya, Yaponiya, Cənubi Koreya, Niderland, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Kanadada nümayəndəlikləri var. Kampaniya özünün partnyorlar (tərəfdaşlar) şəbəkəsində dünyanın 60-dan çox ölkəsində yerləşən 500-dən çox kompaniyanı birləşdirir.

“Kasperskinin Laboratoriyası” kompüter viruslarından, spamlardan və xaker hücumlarından müdafiə sistemlərinin yaradılması üzrə ixtisaslaşmışdır. Bu kompaniya İnternetlə yayılan təhlükələrdən informasiyanın müdafiə edilməsi üçün tətbiq edilən proqram təminatının satışından əldə edilən gəlirin həcminə görə dünya üzrə beş aparıcı kompaniyadan biridir. Kompaniya genişlənir və inkişaf edir. Bu laboratoriyanın təkcə Moskva ofisində çalışan əməkdaşlarının sayı 1500-dən, əməkdaşlarının ümumi sayı isə 2500-dən çoxdur.Antivirus proqramlarının inkişafı tarixi haqqındaKasperskinin laboratoriyası həm adi, həm də ixtiyari miqyasa malik olan korporativ şəbəkələrdə informasiyanın təhlükəsizliyini təmin edən proqram təminatı hazırlayır. Kompaniyanın məhsullarından Windows, Linux, Mac və s. kimi populyar əməliyyat sistemlərində də istifadə edilir. Kasperskinin antivirus proqramının nüvəsindən Microsoft (ABŞ), Cheek Point Softwre Texnologies (İsrail, ABŞ), Juniper (ABŞ), Nokia İCG (ABŞ), F-Secure (Finlandiya), Aladdin (İsrail), Subari (ABŞ), Deerfield (ABŞ), Alt-N (ABŞ), Microworld (Hindistan), BorderWare (Kanada) və s. kompaniyalar öz məhsullarının hazırlanmasında istifadə edirlər. “Kasperskinin Laboratoriyası” kompaniyasının məhsulları Microsoft, IBM, Intel, Cisco Systems, Red Hat, Citrix Systems, Novell və s. kimi dünyanın aparıcı aparat və proqram təminatı istehsalçılarının sertifikatlarını almışdır.

1990-ci illərin əvvəllərinə kimi antivirus proqramları virus kodunun nümunələrindən (onlarla siqnaturadan) ibarət olurdu. 1992-ci ildə polimorf kod generatoru MtE meydana gələndən sonra istənilən proqramçı daim dəyişən kodla polimorf virus yarada bilirdi. Belə vəziyyətdə kod emulyatorundan istifadə etmək zərurəti yaranmışdı. Sistem polimorf virusun şifrələnən hissəsini açıb virusun daimi hissəsini müəyyən etməli idi. Emulyatora malik ilk antivirus proqramını da (AVP) Yevgeniy Kasperskiy yaradır. Həmin dövrdə kod emulyatorlarından başqa kriptotəhlil, statistik təhlil, evristik təhlil və davranış blokiratorları kimi virusdan müdafiə sistemləri yaradılır.

1998-ci ildə iki amerikalı yeniyetmənin yaratdıqları virus ABŞ müdafiə nazirliyinin 500-dən çox kompüterinə yoluxandan və nəticədə nazirliyin işi praktik olaraq iflic vəziyyətinə düşəndən sonra dövlət də, cəmiyyət də başa düşməyə başladı ki, kompüter viruslarının törədə biləcəyi təhlükə kütləvi qırğın silahlarının törətdiyi təhlükədən az olmaya bilər.

Bundan sonra əvvəlcə Pentaqon, onun ardınca isə bütün iri korporasiyalar keyfiyyətli və etibarlı antivirus proqram təminatına sifarişləri artırırlar.

Bu da daha keyfiyyətli antivirus proqram təminatı vasitələrinin yaradılmasını stimullaşdırırdı.

Bu cür vəziyyət dolayı yolla müxtəlif sahələrdə, o cümlədən şəbəkələrdə informasiya təhlükəsizliyi sisteminin inkişafında müsbət rol oynadı. Yəni insanlar anlamağa başladılar ki, təhlükə təkcə viruslardan yaranmır.

Windows əməliyyat sistemi yaranandan və İnternetdən istifadə genişlənəndən sonra kompüter virusları ilə mübarizə daha da kəskin şəkil alır. Hazırda dünyada antivirus proqram təminatının işlənib hazırlanması ilə 60-a qədər kompaniya məşğul olur.Antivirus proqramlarının inkişafı tarixi haqqındaMicrosoft Securiti Essentials pulsuz antivirusdur. Bu antivirus öz imkanlarına görə pullu antiviruslardan geri qalmır. Hal-hazırda demək olar ki, kompüter istifadəçilərinin hamısı daim virus bazaları ilə yenilənən antivirus vasitələrindən istifadə etmək məcburiyyətindədir.

Dr.Web antiviruslar ailəsi poçt və şəbəkə soxulcanlarından, putkitlərdən (aşkar və ləğv edilməsi daha mürəkkəb olan viruslardan), fayl viruslarından, troya proqramlarından, stels-viruslardan, polimorf viruslardan, cansız (cisimsiz) viruslardan, makroviruslardan, MS Office sənədləri yoluxduran viruslardan, casus proqram təminatından, parol oğurlayan proqramlardan, klaviatura casuslarından, pullu zəng proqramlarından, reklam proqram təminatından, potensial təhlükəli proqram təminatından, xaker utilitlərindən və s. mudafiə üçün nəzərdə tutulmuşdur.Antivirus proqramlarının inkişafı tarixi haqqındaAntivirus ESET NOD32. 1988-ci ildə Çexoslovakiya televiziyası ilə “Şəhər kənarında xəstəxana” adlı maraqlı serial göstərirdilər. İlk kompüter virusları da diskin kənarinda yerləşən boot-sektora hücum edirdilər.Antivirus proqramlarının inkişafı tarixi haqqındaAntivirusun adındakı NOD abbreviaturası da bundan götürülmüşdür. NOD (Nemocnica na Okraji Disku və ya Disk kənarında xəstəxana). Antivirus NOD32 3264 mərtəbəli Windows əməliyyat sistemlərini himayə edir. Bu antivirus sistemi asinxron yoxlaya bilir. Antivirus makrovirusu tapmaq üçün MS Word və Excel faylların daxili quruluşunu təhlil edir. NTFS fayl sistemini himayə edir.

1989-cu ildə Con MakAfi ABŞ-da öz antivirus kompaniyasını yaradır. Bir neçə aylıq gərgin işdən sonra McAfee VirusScan antivirus proqramı yaradılır.Antivirus proqramlarının inkişafı tarixi haqqındaKompaniya antivirusu istifadəçilərə pulsuz verirdi. Ona görə də bu kompaniya əvvəlcə Kaliforniya ştatında, sonra da bütün ölkədə istifadəçilərin çox böyük məhəbbətini qazandı.

Panda kompaniyasının əsası 1990-cı ildə Mikel Urizarbarren tərəfindən İspaniyanın Bilbao şəhərində qoyulmuşdur.Antivirus proqramlarının inkişafı tarixi haqqındaPanda Security antivirus proqramı minimal resurslardan istifadə etməklə virusdan səmərəli mudafiənin həyata keçirilməsini təmin edə bilir. Panda firmasının məhsulları məişət və korporativ kompüter istifadəçilərin informasiya təhlükəsizliyini təmin edir. Bu kompaniyanın dünyanın 200-dən çox olkəsində müştəriləri, 50-dən çox olkəsində isə ofisləri var.

Antivirus Panda faktiki iki moduldan ibarətdir – Panda UltrafastPanda SmartClean2. Birinci modul — süni intellektin bəzi texnologiyalarından və mexanizmlərindən istifadə etməklə virusları tapır və zərərsizləşdirir. İkinci modul isə virusun törətdiyi nəticələri aradan qaldırır.

AVAST kompaniyasının əsası 1991-ci ildə Çexoslovakiyada qoyulmuşdur. Kompaniyanın baş ofisi Praqada yerləşir.Antivirus proqramlarının inkişafı tarixi haqqındaAvast! antivirus proqramı Windows, Lınux, Mac OS əməliyyat sistemləri, həmçinin Palm, Android və Windows CE platformalı kompüterlərdə (cibdə gəzdirilən fərdi kompüterlərdə) isifadə edilə bilir. Evdə — yəni məişətdə istifadə etmək üçün antivirusun Free-pulsuz; Pro, Internet SecurityPremier kimi pullu, həmçinin qeyri-kommersiya məqsədi ilə istifadə edilən variantları buraxılır. Anivirusun orta və böyük biznes üçün Endpoint Protection, Endpoint Protection Plus, Endpoint Protection SuiteEndpoint Protection Suite Plus kimi versiyaları mövcuddur. Antivirusun serverlər üçün File Server SecurityEmail Server Security kimi versiyaları vardır. Avast antivirus proqramı ICSA Labs (təhlükəsizlik məhsullarının o cümlədən antivirusların tədqiqi, sınaqdan keçirilməsi və sertifikatlaşdırılması ilə məşğul olan) beynəlxalq assosiasiyanın sertifikatını almışdır.

Proqramın adı “avast” ingiliscə “anti-virus advansed set”“qabağa çəkilmiş antivirus yığımı” mənasını verən ifadənin qısaldılmış formasıdır. Nədənsə ingilis dilində dayan! mənasını verən avast sözünün də olmasına uzun muddət fikir verən olmayıb.

Avast! Free ən populyar pulsuz antivirus hesab edilir. Dünya üzrə avast! antivirus istifadəçilərinin sayı təxminən 200 milyona çatır. 1995-ci ildən başlayaraq Avast firması təkcə antivirus məhsulları yaratmaqla məşğuldur.

2010-cu ilə kimi bu firma ALWIL Software adlanırdı. 2010-cu ildə bu firmanın adını dəyişdirib AVAST Software qoydular. Bu firma 1988-ci ildə işə yeni başlayanda onun əməkdaşlarının sayı 5-6 nəfərdən ibarət olub. İndi bu firmada yüzlərlə mütəxəssis çalışır.

Beləlikə, son olaraq qeyd etmək lazımdır ki, hər bir kompüter istifadəçisi viruslardan daim müdafiə olunmalı və bu məqsəd uğrunda daim mübarizə aparmaq üçün mütləq istifadə etdiyi fərdi kompüterinə tanıdığı antivirus proqramını yükləməlidir. Yerinə yetirilən bu əməliyyat həm onun kompüterdən istifadəsini sadələşdirər, həm də ki, ona məxsus olan kompüterdən uzun müddət səmərəli istifadə etməsinə imkan verər.

Beləliklə biz Antivirus proqramlarının inkişafı tarixi haqqında mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Mənbə: İnformasiya Təhlükəsizliyi dərsliyi

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …