Ana səhifə / İŞƏTSQ / Kompüter viruslarının yaranma xronologiyası haqqında

Kompüter viruslarının yaranma xronologiyası haqqında

Paylaşmaq!

Kompüter viruslarının yaranma xronologiyası haqqında bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüter viruslarının yaranma xronologiyası haqqında

Gəlin kompüter istifadəçiləri üçün maraqlı olan kompüter viruslarının yaranma xronologiyası ilə tanış olaq.Kompüter viruslarının yaranma xronologiyası haqqında

1945-ci il.

Terminin yaranması. ABŞ Hərbi Dəniz Donanmasınin vitse-admiralı, hərbi-dəniz ştabının informasiya şöbəsinin rəhbəri Qreys Müller Hopper (Grace Murray Hopper) elektron-hesablayıcı maşının (müasir kompüterin prototipinin) nasaz işlədiyini aşkar edir.Kompüter viruslarının yaranma xronologiyası haqqındaRelelərdən birinə pərvanə (kəpənək) düşmüşdü. Bu problemi admiral “böcək” (bug) adlandırır (Admiral XIX əsrin sonlarında ABŞ və Böyük Britaniya fiziklərinin elektrik qurğularındakı ixtiyari nasazlıqları ifadə etmək üçün işlətdiyi “böcək” terminindən istifadə etmişdi). Admiral həm də ilk dəfə “böcəkdən xilas olmaq” (debugging) terminindən istifadə etmişdi.

Bu termin hal-hazırda kompüterdəki nasazlıqları aradan qaldırmaqla bağlı işləri ifadə edir.

1949-cu il.

Milliyyətcə macar olan amerika alimi Con fon Neyman (John von Naumann) özütörəyən proqramların yaradılmasının riyazi nəzəriyyəsini işləyib hazırladı. Bu, kompüter virusu yaratmaq üçün hazırlanan ilk nəzəriyyə idi (bu, o dövrdə elmi ictimaiyyətin ciddi marağına səbəb olmamışdı).Kompüter viruslarının yaranma xronologiyası haqqında

1950-ci il.

Bell şirkətinin tədqiqat bölməsinin riyaziyyatçı əməkdaşları oyun düzəltdilər. Bu oyun iki rəqibin kompüter sahəsini ələ keçirmək uğrunda mübarizəsini təsvir edirdi. Bu oyun virusların əcdadı oldu.

1960-cı illərin sonu.

İlk virusların peyda olması. Bir sıra hallarda bunlar proqramlardakı səhvlərlə bağlı idi. Belə ki, bəzi proqramlar səhvən özünü nüsxələşdirib yaddaşı (vinçesteri) doldururdu. Nəticədə kompüterin məhsuldarlığı aşağı düşürdü. Lakin çox hallarda viruslar bilərəkdən pozuculuq üçün yaradılırdı. Çox güman ki, gerçək virusun ilk qurbanı əyləncə üçün yazılmış proqram idi ki, bunun da qurbanı Univac 1108 kompüteri olmuşdur. Bu virus Pervading Animal adlanırdı və hansı kompüterdə yaradılmışdısa, həmin kompüteri sıradan çıxarmışdı.

1975-ci il.

Kompüter viruslarının yaranma xronologiyası haqqındaTelnet şəbəkəsi vasitəsilə tarixdə ilk şəbəkə virusu The Creeper yayıldı. Bu virusa qarşı ilk antivirus olan The Reeper yaradıldı.

1979-cu il.

Xerox şirkətinin tədqiqat mərkəzinin mühəndisləri ilk kompüter “qurdu” (worm) yaratdılar.

1981-ci il.

Elk Cloner virusu Apple kompüterlərini yoluxdurdu. Bu virus “oğurluq” kompüter oyunları ilə yayılmışdı.

1983-cü il.

Şimali Karolina Universitetinin alimi Fred Koen “kompüter virusu” terminini kompüter aləminə daxil etdi.

1984-cü il.

Amerika yazıçısı Vilyam Qibson ilk dəfə “hiperfəza” anlayışından istifadə etdi.

1986-cı il.

Artıq qeyd edildiyi kimi, IBM PC üçün yaradılan ilk virus The Brain olmuşdur. Bunu Pakistanlı iki qardaş yaratmşdı. Bunlar Brain virusunu öz firmalarının proqram təminatını yerli “quldurlardan” qorumaq və onları “cəzalandırmaq” məqsədi ilə yaratmışdılar. Lakin tez bir zamanda bu virus sərhədləri aşdı və yüzlərlə kompüteri yoluxdurdu. Kompüter ictimayyəti o zamanlar hadisələrin bu cür gedişini qarşılamağa hazır deyildi.

1987-ci il.

Virusların yaradılması və onlarla mübarizə aparılması barədə ilk kitab yazıldı. Bunu amerika proqramçısı Ralf Berger (Ralph Burger) yazmışdı. Kitab “Kompüter virusları. Yüksək texnologiyaların xəstəliyi” (“Computer Viruses. The Decease of High Technologies”) adlanırdı. Kitab virus yaratmağa başlayanlar üçün “əlifba kitabı” kimi məsləhət görüldü.

1988-ci il.

23 yaşlı amerika proqramçısı ARPANET-i yoluxduran “qurd” yaratdı. İlk dəfə kütləvi yoluxma baş verdi – 6 min kompüter virusdan zərər gördü. İlk dəfə məhkəmə kompüter virusunun müəllifini mühakimə etdi. Müəllif 10 min dollar cərimə edildi və 3 il şərti iş aldı. Bu münaqişədən sonra

kompüter virusları haqqında ciddi yazıları digər qeyri-kompüter nəşriyyatları da yaymağa başladılar.

1989-cu il.

ARPANET rəsmi olaraq İNTERNET adlandırıldı. IBM PC üçün ilk antivirus proqram təminatı yaradıldı. AIDS adlı ilk “troya atı” meydana çıxdı. Bu virus vinçesterdəki bütün informasiyanı əlçatmaz edərək ekrana belə bir yazı çıxardı: “Aşağıda göstərilən ünvana 189 dollarlıq çek göndərin”. Virusun müəllifi göndərilən pulu alan kimi həbs edildi.

Antivirus proqram təminatı ilə “döyüşə bilən” “Tünd Qisasçı” (The Dark Avenger) adlı ilk virus yaradıldı. Bu virus antivirus proqramı vinçesteri yoxladığı məqamda da yeni-yeni faylları yoluxdurmaqda davam edirdi.

Lawrence Berkeley Laboratory-nin əməkdaşı Kliff Stoll “Ququ quşunun yumurtası” (The Cuckoo’s Egg) adlı kitab nəşr etdirdi. Həmin kitabda müəllif peyğəmbərcəsinə xəbər vermişdi ki, ümumdünya kompüter şəbəkəsi təkcə xeyirxah məqsədlərlə istifadə edilməyə də bilər. Belə ki, bu şəbəkə hərbçilər, cinayətkarlar və dələduzlar tərəfindən də fəal surətdə istifadə ediləcəkdir. K.Stoll hadisələrin bu məcraya yönəlməsinin qarşısının vaxtında alınması tədbirlərinin görülməsini təklif etmişdir.

1990-cı il.

Bu, PC Today adlı populyar kompüter jurnalı ilə bağlı məşhur münaqişə tarixidir. Çünki həmin jurnal öz abunəçilərinə virusa yoluxmuş disketlər yaymışdı.

1991-ci il.

Yalnız virus yaratmaq üçün yazılmış ilk VCS v1.0 adlı proqram işıq üzü görür.

1993-cü il.

SatanBug virusu ABŞ-ın paytaxtı Vaşinqtonda yüzlərlə kompüteri yoluxdurur. Hətta Ağ Evin kompüterləri virusa yoluxmuşdu. Federal Təhlükəsizlik Bürosu 12 yaşlı yeniyetmə müəllifi həbs edir.

Görkəmli şəxsiyyətlərin adları ilə bağlı olan, müəyyən tarixdə aktivləşən viruslar da peyda oldu. Bu tarix Mao Dze Dunun təvəllüd tarixi, Yeni il günü və i.a. ola bilərdi. Bu tip virus ilk dəfə The New York Times qəzetini hədəfə aldı və qəzetə böyük məbləğdə ziyan vurdu.

1994-cü il.

Böyük Britaniyada, ABŞ-da, Norveçdə bir-sıra virus müəllifləri həbs edildi.

1995-ci il.

Microsoft korporasiyası Windows-95-in beta-versiyasını virusa yoluxmuş disketlərdə dünyaya yaydı. Müəyyən proqramların proqram platformalarını dağıtmağa hesablanmış makroviruslar meydana çıxdı. Concept adlı makrovirus Microsoft Word proqramını zədələdi.

1998-ci il.

Kaliforniyalı iki yeniyetmənin yazdığı virus Pentaqonun 500-dən artıq kompüterini sıradan çıxardı. Bu münaqişədən sonra ABŞ Müdafiə Nazirliyində belə bir nəticəyə gəldilər ki, kiberfəzadakı hücumlar ənənəvi döyüşdən heç də az təhlükəli deyildir. Hərbi analitiklər ilk dəfə “kompüterin qızğın silahlanması” terminindən istifadə etdilər.

1999-cu il.

İlk dəfə dünya miqyasında kompüter virusu epidemiyası baş verdi. Melissa adlı virus 10 minlərlə kompüteri yoluxduraraq ölkəyə 80 milyon dollar ziyan vurdu. Bumünaqişədən sonra antivirus proqramlarına tələb kəskin şəkildə artdı.

2000-ci il.

Melissa virusunun rekordunu I Love You! virusu qırdı. Bu virus bir-neçə saat ərzində milyonlarla kompüteri yoluxdurdu. İstintaq aşkar etdi ki, bu virusu filippinli tələbə yazıb və heç bir cəza almayıb. Çünki Filippin qanunları bu cür əməllər üçün heç bir cəza nəzərdə tutmamışdı. Həmin il kompüter viruslarına qarşı beynəlxalq razılaşma imzalandı.

DOS-a edilmiş hücumlar nəticəsində onlarla populyar saytlar, o cümlədən, Yahoo, eBay, Amazon şəbəkədən vurulub-çıxarıldı, çünki İnternet-server elə böyük yüklənmələrə məruz qaldı ki, sonda server imtina edəsi oldu. Hücum mexanizmi belə idi: 10 minlərlə kompüter yoluxduruldu ki, bunun nəticəsində də hücuma məruz qalan saytlar şəbəkədən vurulub-çıxarılsın. İstintaq göstərdi ki, hücum Kaliforniya universitetinin tədris mərkəzində istifadə olunan kompüterlərdən həyata keçirilmişdir. Lakin ziyankarlar aşkar edilmədiyindən məsələ həll edilməmiş qaldı.

2001-ci il.

20 yaşlı hollandiyalı Yan De Wit Anna Kornikova adlı məşhur virus yaratdığına görə mühakimə edilərək 150 saatlıq islah işləri ilə məşğul olmağa məcbur edildi. Məhkəmə etiraf etdi ki, bu virusun Niderland iqtisadiyyatına vurduğu ziyanı dəqiq müəyyən etmək mümkün deyildir. De Vitdən 7,5 minlik virus kolleksiyası da müsadirə edildi. De Vit hakimə bildirdi ki, yazdığı proqramın virus olduğundan və belə bir ziyan vura biləcəyindən xəbəri olmamışdır.

2002-ci il.

İlk dəfə virus müəllifi həbsxanaya düşdü. Melissa virusunun müəllifi 33 yaşlı proqramçı Devid Smit 20 aylıq həbs cəzası aldı.

İlk dəfə virus Ümumdünya Şəbəkəsinin fəaliyyətini təmin edən 13 İnternet-server qovşağını yoluxdurdu. Analitiklər təsdiq edirlər ki, yaxşı təşkil edilmiş və həyata keçirilmiş kompüter hücumu bir həftəyə İnterneti məhv edə bilər.

2003-cü il.

Yayılma sürəti rekordunu Slammer adlı “qurd” qırdı. Belə ki, 10 dəqiqə ərzində 75 min kompüter virusdan “xəstələnmişdi”. Virus ABŞ-ın Dövlət Departamentinin kompüterlərini zədələyərək verilənlər bazasını dağıtmışdı. ABŞ konsulluğu bu səbəbdən bütün dünyaya viza verilişini 9 saat dayandırmaq məcburiyyətində qalmışdı.

İlk dəfə virus müəllifi Avropada həbsxanaya salındı. Bu, 22 yaşlı Saymon Vellor idi. Böyük Britaniya məhkəməsi onu Gokar, RedesiAdmirer viruslarını yaratdığına görə 2 il həbs cəzası ilə cəzalandırmışdı. Bu viruslar 42 ölkənin 27 min kompüterini yoluxdurmuşdu.

Beləliklə, kompüter viruslarının inkişafı tarixi daha çox qızğın silahlanmanı yada salır. Əvvəlcə ziyanverici proqram, sonra isə ondan müdafiə proqramı əmələ gəlir. Bu spiralvari inkişaf nəticəsində viruslar sadə proqramlardan mürəkkəb komplekslərə — öz pozucu fəaliyyətlərini gizlədə bilən, kriptoqrafik və şəbəkə texnologiyalarından istifadə edərək gözəgörünməz ziyankarlara çevrilirlər.

Məlumdir ki, bununla belə paralel olaraq antivirus vasitələri də inkişaf etdi.

İlk antiviruslar primitiv utilitlər olub, fayllarda olan məlum siqnatura (göstəriş, təlimat) üzrə axtarış aparıb faylı həmin siqnaturadan təmizləyirdi. İndiki antiviruslar isə müxtəlif proqramlardan tərtib edilmiş, müxtəlif aşkarlama və ləğvetmə üsullarından istifadə edən mürəkkəb komplekslərdir.

İlk antivirus utilitlər 1984-cü ilə yaradıldı.

Beləliklə biz Kompüter viruslarının yaranma xronologiyası haqqında mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Mənbə: İnformasiya Təhlükəsizliyi dərsliyi

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsi standartları

Hər bir vətəndaş bilməlidir ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi qanun pozuntusudur və cərimələnir.