Ana səhifə / İŞƏTSQ / İnformasiya təhlükəsizliyinin qorunması

İnformasiya təhlükəsizliyinin qorunması

Paylaşmaq!

İnformasiya təhlükəsizliyinin qorunması bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

İnformasiya təhlükəsizliyinin qorunması

İnformasiya təhlükəsizliyinin qorunması

İnformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi ilə verilənlərin emalının üsul və vasitələri haqqında olan texniki bir fəndən, nəinki texniki sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya və informasiya prosesləri haqqında olan fundamental elmə çevirdi. Son illərdə isə informatika və ya informasiya texnologiyaları demək olar ki, cəmiyyətin və elmin bütün sahələrinə kütləvi şəkildə tətbiq olunmağa başlandığından onun sahələr üzrə tətbiqi informatika bölmələri formalaşmağa başlamışdır. Nəticədə riyazi informatika, nəzəri informatika, texniki informatika, geoinformatika, tibbi informatika, kimyəvi informatika, bioinformatika, aqrar informatika, tarixi informatika, sosial informatika, hüquqi informatika, pedaqoji informatika, siyasi informatika, psixoinformatika və s. kimi elmi sahələr əmələ gəlmiş və inkişaf etmişdir.İnformasiya təhlükəsizliyinin qorunması

  • Fəlsəfə üzrə — ümumi elmi anlayış olan informasiya elmi kateqoriyası və qavrama (dərketmə) nəzəriyyəsi vasitəsi ilə;
  • Riyaziyyat üzrə — riyazi model , riyazi məntiq və alqoritmlər nəzəriyyəsi vasitəsi ilə
  • Kibernetika üzrə — idarəetmə elmi ilə;
  • Linqvistika üzrə — təbii dilləri öyrənən elm ilə;
  • Sistemotexnika üzrə — texniki və sosial–texniki xarakterli mürəkkəb sistemlərin layihələndirilməsi , yaradılması, sınaqdan keçirilməsi və istismarını əhatə edən elmi və texniki istiqamət ilə;

İnformasiyanın mühafizəsi nədir?İnformasiya təhlükəsizliyinin qorunması

İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyini təmin edən kompleks tədbirlərdən ibarətdir. Azərbaycan Respublikası informasiya təhlükəsizliyi doktrinasında informasiya resurslarına icazə verilməmiş (icazəsiz ) daxil olma , informasiya və telekommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin olunması məsələləri bütövlükdə informasiya mühitində Azərbaycan Respublikasının vacib milli maraqları kimi qəbul edilmişdir.

İnformasiya təhlükəsizliyi nədir?

İnformasiya təhlükəsizliyi dedikdə, informasiya mühitlərində olan subyektlərə, o cümlədən, informasiya sahibləri, ondan istifadə edən, onu dəstələyən istifadəçilərə informasiyanın və onu dəstəkləyən infrastrukturun təbii və ya süni xarakteri, təsadüfi və ya bilə-bilə edilən yad təsirlərdən müdafiə başa düşülür. İnformasiya sistemlərindən istifadə edən subyektlərin maraqlar spektrini aşağıdakı kateqoriyalara bölmək olar: informasiya resurslarının əldə edilməsinin, bütövlüyünün və məxfiliyinin təmin olunması və mövcud infrastrukturun dəstəklənməsi.

Beləliklə biz İnformasiya təhlükəsizliyinin qorunması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsi standartları

Hər bir vətəndaş bilməlidir ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi qanun pozuntusudur və cərimələnir.