Ana səhifə / KRİ modulu / İnformasiya cihazlarının təhlükəsizliyi

İnformasiya cihazlarının təhlükəsizliyi

Paylaşmaq!

İnformasiya cihazlarının təhlükəsizliyi bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter resurslarından istifadə  moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

İnformasiya cihazlarının təhlükəsizliyi

İnformasiya cihazlarının təhlükəsizliyi

İnformasiya cihazlarının təhlükəsizliyi nədir?

İnformasiya cihazlarının təhlükəsizliyi dedikdə informasiyanın ötürülməsini təmin edən cihazların təbii və ya süni xarakterə malik təsirlərdən müdafiə vəziyyəti başa düşülür. Belə təsirlər informasiyaya və ya informasiya obyektlərinə, həmçinin informasiya istifadəçilərinə və sahibinə zərər verə bilir. Təhlükə istənilən bir şəxsin maraqlarına ziyan vura biləcək baş verən hər hansı hərəkət, hadisə, proses hesab olunur. Uyğun olaraq avtomatlaşdırılmış informasiya sistemlərinə təsir edəcək mümkün təhlükələrin təhlili və müəyyən edilməsi həmin sistemlərin təhlükəsizliyinin təmin edilməsinin əsas vasitələrindən biri sayılır. Təhlükələrin siyahısı həmçinin nizam-intizamı pozma modeli sistemin müdafiəsinə qoyulmuş tələblərin formalaşmasına və baş verə biləcək riskin təhlilinin araşdırılmasına imkan verir.

Təhlükələr neçə növə bölünür?

Təhlükələr təbii və süni olmaqla iki növə bölünür:

  1. Təbii təhlükələr — insandan asili olmayaraq cihazın əməliyyat sisteminə onun elementlərinə obyektiv fiziki proseslərin və təbii fəlakətlərin baş verməsi nəticəsində təsir göstərən təhlükələrdir.
  2. Süni təhlükələr – insanın fəaliyyəti nəticəsində baş vermiş təhlükələrdir. Belə təhlükələrə düşünülməmiş, məqsədsiz və təsadüfi təhlükələri, iş prosesi zamanı işçi heyət tərəfindən buraxılmış səhvləri aid etmək olar.

Müəssisədə bir kompüterlə işləyərkən təhlükəsizlik texnikası, iş yerinin tənzimlənməsi üçün tələb olunan tələbləri və avadanlığın istifadəsi prosesini müəyyənləşdirən ümumi təlimat verilir. Bu qaydalar bütün təşkilatlar üçün eynidır, onların tətbiqi idarəetmə orqanları tərəfindən idarə olunur. Ofis işçiləri üçün şifahi bir əsas təlimat keçirilməlidir. Təlimat, şəxsin kompüterlə əlaqəli tam dövrü əhatə edir. Xidmət şöbəsi tərəfindən avadanlığın quraşdırılmasından başlayır və istifadəyə yaramayan bir cihazın istifadəsi ilə başa çatır. İşə başlamadan əvvəl hər gün istifadə edilən elektron cihaz mütəmadi olaraq mütəxəssislər tərəfindən (ofisdə və ya təhsil müəssisəsində) iş yerlərində yoxlanılmalıdır.

Beləliklə biz İnformasiya cihazlarının təhlükəsizliyi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …