Ana səhifə / İŞƏTSQ / Kibercinayət haqqında məlumat

Kibercinayət haqqında məlumat

Paylaşmaq!

Kibercinayət haqqında məlumat bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kibercinayət haqqında məlumat

Kibercinayət haqqında məlumat

Kibercinayət nədir?

Hər keçən gün informasiya texnologiyalarının sürətli inkişafına və informasiyaya əlçatanlığın asanlaşmasına paralel olaraq, bu sahəyə edilən qanunsuz müdaxilələrin də sayı artmaqdadır. İnformasiya təhlükəsizliyi deyəndə, zərərli informasiyadan qorunmaq və informasiyanın qorunması prinsipləri əsas götürülür. Biz artıq informasiya cəmiyyətində yaşayırıq. Təbii ki, bu cəmiyyətdə informasiya ən mühüm resurs sayılır. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Hazırda müasir cəmiyyət tədricən bundan asılı vəziyyətə düşüb. Buna görə də informasiyanın qorunması və informasiyadan qorunmaq çox mühüm, deyərdim ki, həyati bir məsələdir. Kibercinayət informasiya sisteminin etibarlılığı, sistemə bağlı informasiya ehtiyatlarının və eyni zamanda bu texnologiyalardan istifadə edən istifadəçiləri hədəfə alan, yenə də informasiya texnologiyalarından istifadə edilərək həyata keçirilən cinayətlərdir.

Kibercinayət necə cinayət hesab olunur?

Kibercinayət haqqında məlumat

Kibercinayət əsasən kompüter və internetə bağlı işlənən cinayətlər hesab edilir. Başqa bir cinayəti kompüter və internet texnologiyaları istifadə edilərək reallaşdırmaq da mümkündür. Ancaq bu kibercinayət hesab edilməz. Kibercinayət bir informasiya sisteminə icazəsiz və hüquqa zidd şəkildə daxil olunması və sonra həyata keçirilən əməllərdir. Bu halda bir insan, onun mal varlığı, əmlakı, eyni zamanda istifadə olunan sistemin özü də hədəf seçilir.

Kibercinayətə nümunə olaraq nəyi göstərmək olar?

Kibercinayət haqqında məlumat

Bir sistemə daxil olunaraq, zərər vermək, bazanı, informasiya ehtiyatını silmək, şifrələmək, ələ keçirmək, yad informasiya yükləmək, sistemin iş prinsipini dayandırmaq, şəxsi həyatın toxunulmazlığını pozmaq, əlaqəni əngəlləmək, əlaqəni icazəsiz izləmək, qeydə almaq kimi hərəkətlər və əməllər kibercinayət faktlarıdır.

Beləliklə biz Kibercinayət haqqında məlumat mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsi standartları

Hər bir vətəndaş bilməlidir ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi qanun pozuntusudur və cərimələnir.