Ana səhifə / İŞƏTSQ / Onlayn təhlükəsizlik nədir?

Onlayn təhlükəsizlik nədir?

Paylaşmaq!

Onlayn təhlükəsizlik nədir? bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Onlayn təhlükəsizlik nədir?

İstifadəçiləri hansı şəkildə məlumatlandırılmalıdır?

Onlayn təhlükəsizlik nədir?İlk olaraq antivirus proqramı həmişə saz vəziyyətdə olmalıdır. Bəzi istifadəçilər fikirləşə bilər ki, “antivirus olanda kompüter ağır işləyir, dondurur” və yaxud “mənim kompüterimdə heç antivirus yoxdur, amma həm sürətli işləyir, tutulmur”. Buna cavab olaraq deyək ki, antivirus kompüterdə gedən prosesləri yoxladığı zaman ağır işləyə bilər. Bu da, təbii ki, kompüterin gücündən asılıdır. Viruslar bir çox üsullarla kompüterə və istifadəçiyə ziyan verə bilər. Faylları, əməliyyat sistemini zədələyə bilir. Virusların bir sıra növləri var. CryptoLocker ən təhlükəli viruslardan biridir. Bu virus istifadəçinin bütün fayllarını crypt (yararsız) edir. Bərpa (ing. encrypt ) olunması qarşılığında pul tələb edir.

İnternetdə axtarış edən zaman hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır?

İnternetdə axtarış edən zaman keçid etdiyiniz linkləri ilk öncə oxuyun, hara yönəldiyinə baxın. Hər hansı faylı kompüterə yükləyəndə faylın genişlənməsinə diqqət edin. .mp3, .pdf, .exe və s. Sosial şəbəkələrdə tanımadığınız istifadəçilərdən göndərilən linkləri açmazdan əvvəl onlara diqqət yetirin. Eyni zamanda dostlarınızdan qeyri-adi linklər gələrsə, onları açmazdan əvvəl həmin istifadəçidən link haqda maraqlanın. Ola bilər ki, istifadəçinin xəbəri olmadan link sizə və onun digər dostlarına gəlir. Bu virusdur, hansı ki istifadəçi profili və kompüteri yoluxduqdan sonra virusun yayılması üçün əsas səhifədə paylaşımlar edir və onun dostluğunda olan istifadəçilərə linklər göndərir. Bu virusa yoluxmamaq üçün sosial şəbəkələrdəki bilinməyən oyunları və proqramları profilə tətbiq etməyin.

Beləliklə biz Onlayn təhlükəsizlik nədir? mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsi standartları

Hər bir vətəndaş bilməlidir ki, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi qanun pozuntusudur və cərimələnir.