Ana səhifə / Elektron dərsliklər / Windows Reyestri nədir?

Windows Reyestri nədir?

Paylaşmaq!

Windows Reestri nədir?Əziz oxucularım,gadirov.com saytının daimi ziyarətçiləri. Növbəti dərsimdə sizi salamlayıram. Bugünki dərsimiz Windows reyestrinə həsr oluncaq. Təbii ki, yeni başlayan istifadəçilərin heç də hamısı bu anlayışın nə olduğunun fərqinə varmır. Bu məqaləm vasitəsilə biz bir sıra suallara cavab tapmış olacağıq. Belə ki, Windows Reyestri nədir? Windows Reyestrində nə saxlanılır? Windows Reyestrinə daxil olmaq üçün hansı əməliyyat ardıcıllığı icra olunur? Windows Reyestri haqqında bilmək bizə nə fayda verə bilər?

Gəlin bu sualların hər biri ətrafında ayrıca fikir mübadiləsi aparaq.

Windows Reestri nədir?Windows Reestri nədir?

Bildiyimiz kimi Windows əməliyyat sistemi kompüterin (aparat təminatı) qurğuları arasında həmçinin  proqramlar (proqram təminatı) və eləcədə sonda istifadəçilər üçün vasitəçilik edir.

Windows əməliyyat sistemi kompüterdə baş verən bütün prosesləri idarə edir. Bu isə o deməkdir ki, əməliyyat sistemdə bütün proqramlarım və həmçinin qurğuların işi barəsində məlumatlar olmalıdır. Bu məqsədlə Windows əməliyyat sistemində məlumatlar bazası vardır ki, burada istər kompüterin aparat təminatının müxtəlif sazlanması parametləri və proqram təminatı, istərsə də əməliyyat sisteminin özü haqqında məlumatlar saxlanılır.

Bu məlumatlar bazasını Windows reyestri başqa sözlə desək sistem reyestri adlandırırlar. Deməli Windows Reyestri sistemin bütün sazlamalarını və quruluşunu özündə saxlayan bazadır. Burada işləyərkən çox ehtiyatlı olmaq lazımdır.

Windows Reyestrində nə saxlanılır?

Windows reyestrində məsələn kompüterdə işləyən isitfadəçilər haqqında, hansı proqramın hara yazıldığı və hansı tip fayllar ilə hansı proqram işlədiyi və s bu kimi məlumatlar saxlanılır. Həmçinin reyestrdə saxlanılan Windows əməliyyat sistemi bəzi parametrlərini elə Başla menyusunun İdarəetmə Panelinin köməyi ilə dəyişmək mümkündür.

Windows Reyestrinə daxil olmaq üçün hansı əməliyyat ardıcıllığı icra olunur?

Windows Reestri nədir?Windows Reyestrinə daxil olmaq üçün Start (Başla) menyusundakı — Run sətrində regedit yazıb Enter vurmaq lazımdır. Reyestr 5 bölmədən ibarətdir:

  • HKEY_CLASSES_ROOT — fayl genişlənmələri(tipləri) haqqında məlumatları özündə saxlayır,
  • HKEY_CURRENT_USER — müəyyən istifadəçinin sazlanmaları,
  • HKEY_LOCAL_MACHINE — kompüterdə olan proqramlar, drayverlər haqqında və digər əsas sazlanmalar,
  • HKEY_USERS — bütün istifadəçilər haqqında məlumatlar,
  • HKEY_CURRENT_CONFIG — kompüterin konfiqurasiyası.

Windows Reyestri haqqında bilmək bizə nə fayda verə bilər?

Birincisi əməliyyat sisteminin düzgün fəaliyyəti və ümümilikdə kompüterin işi birbaşa reyestrdən çox aslıdır. Ona görə də reyestrin vacibliyini anlayaraq başa düşmək lazımdır ki, burada aparılan hər hansı bir düzgün olmayan dəyişiklik əməliyyat sısteminin bütövlükdə sıradan çıxmasına səbəb ola bilər. Mən reyestrdə aparılan düzgün olmayan dəyişikliklər haqqında heç də əbəs yerə demədim. Mən dəfələrlə elə istifadəçilər görmüşəm ki, onlar internetdə tapıb oxuduğu reyestr haqqında hər hansı bir düzgün olmayan məlumat əsasında apardığı dəyişikliyə görə öz əməliyyat sistemlərini zədələyib. Nəticədə kompüterə yenidən proqram təminatı yazdırmalı olublar. Məsələ burasındadır ki, zədələnmiş reyestri sonradan bərpa etmək mümkün deyil. Bundansa sistemi dəyişmək məsləhətlidir. Daha bir tövsiyyəm ondan ibarətdir ki, öz işinə arxayın olmayan istifadəçilərə reyestr işləmək məsləhət görülmür. Ehtiyat üçün həmişə dəyişiklik etməmişdən qabaq reyestrin surətini çıxarmaq tövsiyyə olunur.

Windows Reyestrinin ehtiyat üzü necə çıxarılır?

Bunun üçün Start — Run sətrində regedit yazıb Enter vurmaq, File menyusundan Export seçmək, ad yazmaq və Save vurmaq lazımdır.

Və sonda ümid edirəm ki, yazdığım məqalə sayəsində siz reyestrin kompüterin işləməsi üçün nə dərəcədə faydalı olduğunu anladınız. Növbəti dərslərimizdə bu haqda daha ətraflı toxunmağa çalışacağam.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий